Məhkəmə qərarları › İş №3(073)-287/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-287/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-287/2025 13.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Ləzran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 13 mart 2025-ci il tarixdə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində idarə etdiyi avtomobili saxlayan YPX-nin əməkdaşının yanında səsküy salaraq ucadan nalayiq ifadələr işlətmiş və həmin vaxt onu nizam-intizama dəvət edən polisin işçisinin qanuni tələblərinə tabesizlik etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, hər hansı bir qanunsuz hərəkətə yol vermədiyini bildirmiş, nalayiq ifadələr işlətməmiş və heç bir inzibati xəta hadisəsi törətməmişdir. Etiraf etmişdir ki, avtomobili sənədsiz, yəni etibarnamə olmadan (müddəti bitmişdir), texniki baxışdan keçirmədən və sığorta etdirmədən idarə etmiş, buna görə yol polisi rəisindən də müvəqqəti icazə almışdır. İşlədiyi yerin qarşısında yol polisi əməkdaşı ona yaxınlaşmış və avtomobili dövlət qeydiyyat nömrəsi olmadan idarə etməyin qanunsuz olduğunu bildirmişdir, o da yol polisindən xahiş etmişdir ki, ona 1-2 günlük möhlət versin, maddi imkanı olan kimi nöqsanları aradan qaldıracaq, bu zaman polis əməkdaşı onunla kobud rəftar etmişdir. Daha sonra avtomobildə əyləşən sərnişin – qardaşı mobil telefonu vasitəsilə yol polisini çəkmişdir. Yol polisi əməkdaşı bu zaman post patrul əməkdaşlarını dəvət etmişdir, onlar gəldikdən sonra qardaşı patrul əməkdaşlarının avtomobilində, özü isə öz avtomobilində polis şöbəsinə getmişlər. Polis şöbəsinin həyətində də yol polisi əməkdaşı onunla kobud rəftar etmişdir, hətta ona zərbə vurmuşdur, “rəisi saymadığını” bildirmişdir, bu zaman isə o qışqırmışdır, çünki həm də nəfəs çatışmazlığı yaşamışdır. Hesab edir ki, yol hərəkəti ilə bağlı inzibati xəta törətsə də, polisə tabesizlik etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad RPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, Cəlilabad şəhəri M.Hüseynzadə küçəsində xidmətdə olduğu zaman, “VAZ 21074” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön dövlət nömrə nişanı yerində olmadığı üçün tərəfindən saxlanıldı. O, sürücüyə özünü təqdim edib sənədləri təqdim edilməsini tələb etdi. Sənədləri yoxlayan zaman məlum oldu ki, sürücü avtomobili etibarnamə olmadan idarə edir, həmçinin avtomobilin texniki baxışı və icbari sığortası yoxdur. O, sürücüyə avtomobilin dövlət nömrə nişanının birinin yerində olmadığını və etibarnaməsi olmadığı üçün avtomobilin duracağa yerləşdirəcəyini bildirəndə hay-küy salayaraq ona tabe olmamışdır. Müəyyən edilmişdir ki, şəxs inzibati məsuliyyədən yayınmaq üçün, daha doğrusu radara düşməmək üçün nömrəsini çıxarmış və avtomobilin salon hissəsində saxlamışdır. Avtomobilin ön sərnişin yerində əyləşmiş, şəxs isə sürücü hissəsində əyləşmiş, ondan avtomobili sürməsini tələb etmiş, o isə qəsdən avtomobili sürməmişdir. Sonradan post patrul əməkdaşlarını çağırmışdır və onların iştirakı ilə avtomobili şöbəyə gətirməyə nail olmuşdur. Hətta şöbənin həyətinə çatanda şəxs qəsdən avtomobilin arxa hissəsini kəskin şəkildə fırlatmışdır, bununla da guya polisin hərəkətlərindən narazılığını ifadə etmişdir. Şöbənin həyətinə çatdıqda isə şəxs ucadan hay-küy salmış, inzibati məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 izahatına uyğun izahat vermişdir. Bildirmişdir ki, yol polisi əməkdaşı onları əlavə kömək üçün çağırmışdır, hadisə yerinə çatdıqda şəxs, onun qardaşı və yol polisi əməkdaşı arasında mübahisənin olduğunu görmüşlər, bu zaman şəxsin qardaşını (sərnişini) post patrul avtomobili ilə, şəxsin özünü isə öz avtomobili ilə (sərnişin hissəsində post patrul əməkdaşı əyləşməklə) polis şöbəsinə gətirmişlər. Şöbənin həyətinə çatdıqda şəxs qəsdən avtomobilinin arxa hissəsini kəskin şəkildə fırlatmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən o, daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, şəxsin yanında sərnişin kimi əyləşmiş qardaşının da Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edildiyini nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 13 mart 2025-ci il tarixdən, saat 18:30-dan hesablansın. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar