Məhkəmə qərarları › İş №3(073)-288/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-288/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-288/2025 18.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxslər X2 və X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Cəlilabad rayonunun Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Əliyev X7 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 26700 (iyirmi altı min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 171 (bir yüz yetmiş bir) manat alınıb iddiaçı X3 verilməlidir. Bundan başqa Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada borca görə 12720 (on iki min yeddi yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 (bir yüz iyirmi doqquz) manat alınıb iddiaçı X8 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Buna görə də 26 fevral 2025-cü il tarixli qərar ilə onun barəsində axtarış elan edilmişdir. Odur ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra vərəqələri üzrə tələbkarlar X3 və X8 borcu vardır. Hazırda tələbkar X3 icra vərəqəsi üzrə olan borcundan 2000 (iki min) manat ödəniş etmiş, qalan borcunda isə iyun və iyul aylarında hər ay 5500 (beş min beş yüz) manat olmaqla, 11000 (on bir min) manat ödəyəcəyini, eyni zamanda digər tələbkar X8 isə aprel ayının 15-ə kimi 5500 (beş min beş yüz) manat ödəyəcəyini bildirdi. Hazırda əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(073)-2321/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 26700 (iyirmi altı min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 171 (bir yüz yetmiş bir) manat alınaraq ona verilməlidir. Borclu Şəxs icra sənədi üzrə borcundan xx.xx.2025-ci il tarixdə 2000 manat ödəniş etmiş, qalan borcunu isə iyun və iyul aylarında tam qaytaracağını bildirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qalan borcunu söz verdiyi vaxtadək qaytarmaq şərti ilə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 12720 (on iki min yeddi yüz iyirmi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 (bir yüz iyirmi doqquz) manat alınaraq ona verilməlidir. Lakin borclu Şəxs 15 aprel 2025-ci il tarixədək ona olan borcunu qaytaracağını söz vermişdir. Odur ki, Şəxs ona olan borcunu 15 aprel 2025-ci il tarixədək qaytarmaq şərtilə heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və icra məmurunun izahatları ilə yanaşı, işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cəlilabad Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(073)-2321/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 26700 (iyirmi altı min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 171 (bir yüz yetmiş bir) manat alınaraq tələbkar X3 verilməsi qət edilmişdir - Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 12720 (on iki min yeddi yüz iyirmi) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 (bir yüz iyirmi doqquz) manatın alınaraq tələbkar X8 verilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, həmin tarixlərdə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2262/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı icra sənədləri üzrə icraata başlanılmışdır. - borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar