Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-293/2025 15.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1991-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 28 mart 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 mart 2025-ci il tarixdə saat 20 radələrində idarə etdiyi «Mercedes Benz Eclass» markalı, **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Cəlilabad şəhəri, Qurtuluş prospekti ilə Cəlilabad rayonu, Qarazəncir kəndi istiqamətinə hərəkətdə olan zaman qarşıdan gələn “Toyota Corolla” markalı **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi «Mercedes Benz E-class» markalı, **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Cəlilabad şəhəri, Qurtuluş prospekti ilə Cəlilabad rayonu, Qarazəncir kəndi istiqamətinə hərəkətdə olan zaman qarşıda hərəkətdə olan “Toyota Corolla” markalı **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomoblin sürücüsü sola dönmə nişanını yandırıb həmin istiqamətdə hərəkət etməyə başlamış, o, isə öz idarə etdiyi avtomobil ilə ehtiyatsızlıqdan onun sol tərəfinə keçib hərəkətdə olduğu zaman toqquşma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. İdarə etdiyi «Mercedes Benz E-class» markalı, **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə qarşı yol zolağına keşib həmin yol zolağında hərəkətdə olduğu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. O, «Mercedes Benz E-class» markalı, **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini qanuni əsaslarla idarə edir və sürücülük vəsiqəsi vardır. Yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamış və hadisə zamanı heç bir xəsarət almamışdır. Yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl o, idarə etdiyi «Mercedes Benz E-class» markalı, **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobli təxminən 60 km/saat sürətilə hərəkət edirmiş və avtomobili hadisədən əvvəl texniki cəhətdən saz olmuşdur. Hadisə baş verən zaman ətrafda heç kim olmamışdır. Əməlindən səmimi peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan cinayət təqibi üzrə icraata xitam verilməsi barədə 18 mart 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs oğlunun barəsində toplanmış materiallarda cinayət təqibi üzrə icraata xitam verilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-293/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-293/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver