Məhkəmə qərarları › İş №3(073)-297/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-297/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-297/2025 01.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs X1 iştirakı ilə, X3 – xx.xx.1980-cü il tarixdə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 31 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə X4 30 mart 2025-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai asaişi pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. X4 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X4 izahatında göstərdi ki, o, 30 mart 2025-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndindi ərazisində kafelərin birində spirli içki qəbul edib sərxoş vəziyyətə düşmüş. Bundan sonra küçəyə çıxaraq avtomobil yolunun üzərində uzanmış və ucadan nalayiq ifadələr işlətməyə başlamış. Həmin vaxtı ora olan şəxslər onu sakitləşdirə bilməmiş və bir müddət sonra onun yanına polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də o, onların qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərinə davam etmişdir. Bundan sonr polis əməkdaşalrı onu xidməti avtomobilləri ilə Cəlilabad rayon Polis Şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır. Sonda isə ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu göstərmiş və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, 30.03.202-ci il tarixdə saat 23 radələrinə RPŞ-nin PPXB-nin polis nəfəri Şahmar Məmmədovla birlikdə Cəlilabad şəhəri, Qurtulu küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin onlara yaxınlaşaraq Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində magistral yolun üzərində Ricay adlı şəxin sərxoş vəziyyətdə uzanaraq hərəkətdə olan avtomobillərin hərəkətinə mane olduğunu, ucadan nalayiq ifadələr işlətdiyini bildirdi. Onlar da dərhal hadisə yerinə yaxınlaşaraq həqiqətən də bir nəfər şəxsin magistral yolun üzərində uzanaraq avtomobillərin hərəkətinə mane olduğunu və ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxsə yaxılaşıb ona nə üçün belə etdiyini, etdiyi hərəkətin qanunazidd olduğunu və dərhal bu hərəkətlərə son qoymasını bildirən zaman o, onlarla aqressiv formada səs-küy salaraq və ünvansız nalayiq ifadələr işlədərək, ona heç kim mane ola bilməyəcəyini, nə istəsə onu da edəcəyini deyərək onların üzərinə hüçum etməyə çalışmışdır. Onlar bir daha həmin şəxsi nizam-intizama dəvət edərək etdiyi hərəkətlərə son qoymasını tələb etsələr də həmin şəxs onların qanuni tələblərinə qəstən məhəl qoymaraq ucadan nalayiq ifadələr işlədərərk qanunsiz hərəkətlərini davam etdirmiş. Onla da həmin şəxsin barəsində qanuni tələblərin görülməsindən ötrü Cəlilabad RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, 30.03.202-ci il tarixdə saat 23 radələrinə RPŞ-nin PPXB-nin polis nəfəri Toğrul Şahmarovla birlikdə Cəlilabad şəhəri, Qurtulu küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin onlara yaxınlaşaraq Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində magistral yolun üzərində Ricay adlı şəxin sərxoş vəziyyətdə uzanaraq hərəkətdə olan avtomobillərin hərəkətinə mane olduğunu, ucadan nalayiq ifadələr işlətdiyini bildirdi. Onlar da dərhal hadisə yerinə yaxınlaşaraq həqiqətən də bir nəfər şəxsin magistral yolun üzərində uzanaraq avtomobillərin hərəkətinə mane olduğunu və ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxsə yaxılaşıb ona nə üçün belə etdiyini, etdiyi hərəkətin qanunazidd olduğunu və dərhal bu hərəkətlərə son qoymasını bildirən zaman o, onlarla aqressiv formada səs-küy salaraq və ünvansız nalayiq ifadələr işlədərək, ona heç kim mane ola bilməyəcəyini, nə istəsə onu da edəcəyini deyərək onların üzərinə hüçum etməyə çalışmışdır. Onlar bir daha həmin şəxsi nizam-intizama dəvət edərək etdiyi hərəkətlərə son qoymasını tələb etsələr də həmin şəxs onların qanuni tələblərinə qəstən məhəl qoymaraq ucadan nalayiq ifadələr işlədərərk qanunsiz hərəkətlərini davam etdirmiş. Onla da həmin şəxsin barəsində qanuni tələblərin görülməsindən ötrü Cəlilabad RPŞ-yə gətirmişlər. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. X2 törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X4 eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar