Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-3/2024 02.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2 və 264.0.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Naxirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin 3 saylı Regional Sukanal İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 05 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 3(073)-3/2024 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASCnin 3 saylı Regional Sukanal İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 237.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə 20.000 (iyirmi min) manat cərimə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 may 2024-cü il tarixli 3 (106)-238/2024 saylı qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırıılması üçün həmin məhkəməyə qaytarılmış və qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən halların (İXM-in 109.1.6-cı maddəsində sadalanan) araşdırılması üçün zəruri tədbirlər görülməsi göstərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, protokol səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası İXM-in 18.1-ci maddəsində qeyd olunur ki, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxsin Azərbaycan Respublikası İXM səviyyəsində inzibati məsuliyyətin subyekti qismində tanınması o deməkdir ki, onun inzibati məsuliyyətə cəlb edilməsi halında Azərbaycan Respublikasının inzibati xətalatr qanunvericiliyinin ümumi vəzifələri, prinsipləri, inzibati tənbehlərin tətbiq edilməsi qaydası, işin qaldırılmasının prosessual qaydası, baxılması, məsuliyyətə cəlb edilməsi haqqında qərarın qəbul edilməsi və onun icra edilməsi qaydaları eyni dərəcəd hüquqi şəxsə şamil edilir. Hüquqi şəxslərin inzibati xətanın subyekti kimi çıxış etməsi üçün onların inzibati hüquq qabiliyyətinə və inzibati fəaliyyət qabiliyyətinə malik olması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Şəxs Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə 29 iyul 2019-cu il tarixli, 328 qərarı və həmin qərarla təsdiq olunmuş Şəxs Açıq Səhmdar Cəmiyyətinin Struktur cədvəlinin 2.19-cu bəndindən görünür ki, 3 №-li Regional Sukanal İdarəsi Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlardır. Belə olan halda, Şəxs ASC-nin 3 saylı Regional Sukanal İdarəsi hüquqi şəxs olmadığına görə inzibati xətanın subyekti sayılmadığı üçün onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 237.2-ci maddələri ilə inzibati qaydada icraat aparılaraq tənbeh tətbiq etmək həmin Məcəllənin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş materialları ilə aşkar olunmuş və törədilməsi ehtimal olunan pozuntuların araşdırılması üçün hüquqi şəxs olan Şəxs ASC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 237.2-ci maddələri üzrə araşdırlma aparılmalı, araşdırılmanın nətcəsinə əsaslanaraq həmin ASC-nin barəsində protokol tərtib olunmalı və ona hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə gönərilməlidir. Məhkəmə tərəfindən inzibati xəta haqqında material araşdırılarkən müəyyən edilmişdir ki, həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün inzibati xəta törətmiş şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəxsi məlumatlarına dair protokolda hər hansı müvafiq qeyd aparılmamış və həmin halları təsdiq edən sənəd materiala əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xətalar haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Ona görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2 və 264.0.1-ci maddələri ilə inzibati xəta törtəməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Naxirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-3/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-3/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver