Məhkəmə qərarları › İş №3(073)-30/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-30/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-30/2025 14.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx xxxxx 1979-cu il tarixdə Cəlilabad rayonu Svetlaya Zarya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Muğan kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-nin Göytəpə Polis bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs 10 yanvar 2025-ci il tarixdə saat 09:35-də Cəlilabad rayonu Muğan kəndində “Elşən marketin” qarşısında bələdiyyə seçkilərinə namizəd X1 qabağı təşviqat plakatını qoparmışdır. Cəlilabad RPŞ-nin Göytəpə Polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 14 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 10 yanvar 2025-ci il tarixdə əsəbi olduğu üçün Cəlilabad rayonu Muğan kəndində “Elşən marketin” qarşısında bələdiyyə seçkilərinə namizəd X2 plakatını qoparmışdır. Hazırda əməlindən peşman olduğunu, səhvini başa düşdüyünü və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş videodiskə baxış keçirilən zaman məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs marketin qarşısında olan plakatı qoparmışdır.. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı, 14 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsinə əsasən, mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər belə təşviqat materiallarını məhv etməyə, korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar