Məhkəmə qərarları › İş №3(073)-301/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-301/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-301/2025 16.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs – xx xxxx 1975-c il ildə Cəlilabad rayonu, Ağdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə inzibati xəta üzrə icaat balanması haqqında 19 mart 2025-ci il tarixli, N-22/01 İB-25 nömrəli Cəlilabad rayon prokurorunun qərarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Məhkəmənin icraatına Cəlilabad rayon prokurorunun tərəfindən Şəxs barəsində İXM-in 534-cü maddəsi ilə inzibati xəta üzrə icaat balanması haqqında 19 mart 2025-ci il tarixli, N-22/01 İB-25 nömrəli qərarı daxil olmuşdur. 19 mart 2025-ci il tarixli, N-22/01 İB-25 nömrəli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 noyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində qısqanclıq zəminində özündə əvvəlcədən formalaşmış cinayətkar niyyətini, yəni qonşusu Fərasət Rufullayevi qəsdən həyatdan məhrum etməyi həyata keçirmək üçün yaşadıqları fərdi yaşayış evinin həyətindən baltanı götürərək, Fərasət Rufullayevin ailə üzvləri ilə birlikdə yaşadığı Ağdaş kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gedib sonuncuya xəsarət yetirən zaman hərbi qulluqçuların xüsusi geyim formasını qanunsuz olaraq daşımış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır və Cəlilabad rayon prokuroruğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyi” PHŞ-nin 27 yanvar 2025-ci il tarixli, 585/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şəxs məxsus gödəkçə hərbi səhra tipli buşlatdır. 19 mart 2025-ci il tarixli, N-22/01 İB-25 nömrəli qərardan görünür ki, Şəxs 24 noyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində qısqanclıq zəminində özündə əvvəlcədən formalaşmış cinayətkar niyyətini, yəni qonşusu Fərasət Rufullayevi qəsdən həyatdan məhrum etməyi həyata keçirmək üçün yaşadıqları fərdi yaşayış evinin həyətindən baltanı götürərək, Fərasət Rufullayevin ailə üzvləri ilə birlikdə yaşadığı Ağdaş kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gedib sonuncuya xəsarət yetirən zaman hərbi qulluqçuların xüsusi geyim formasını qanunsuz olaraq daşımaqla, İXM-in 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Cəlilabad rayon prokuroru tərəfindən İXM-in 534-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta iş üzrə icraatın başlanması haqqında qərar əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Arəzrbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati qaydada tutulmasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş xüsusi geyim forması müsadirə edilməklə, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar