Məhkəmə qərarları › İş №3(073)-302/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-302/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-302/2023 30.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1988-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 30 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu, Təzəkənd icra nümayəndəliyinin qarşısına gedərək icra nümayəndəsinin ünvanına ucadan nalayiq ifadələr işlədərək və nümayəndəliyin iş rejimini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə anasının pensiya düzəltərmək üçün Nizami Hüseynovdan arayış istəmiş ondan 500 manat rüşvət istəmiş o, da ona pulunun olmadığını bildirmiş. Səhəri gün xəstə anasını kapital banka gətirmiş oradan bildirmişdirlər ki, xəstəni bura gətirməyə ehtiyac yoxmuş, sadəcə kənd ərazi nümayəndəliyindən arayış almaöı bəs edirmiş. O, da əsəbləşib evə qayıtmış xx.xx.2023-cü il tarixdə ərazi nümayəndəliyin həyətinə gedərək ucadan nalayiq ifadələr işlədərək ictimasi asayişi pozmuşdur. Əməlindən səmimi peşmandır. 2-ci qrup əlildir. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkimş şəxs X1 izahatında göstərdi ki, o, Cəlilabad rayonu, Təzəkənd İcra nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Şəxs onun iş otağına gələrək ona kapital bankdan anasının kartını alması üçün etibarnamə imzasının təstiq olunmasını istəmiş o, da ondan etibarnaməni istəyərkən bankdan məlumatsız olduğu üçün etibarnamənin nümunəsini almadığını bildirmiş. Ona bildirmiş ki, saat 15 radələrində iclasa gedəcək iclasdan sonra o, özü alıb gətirəcətini bildirmişdir. Təxminən saat 17:30 radələrində iş yerinə qayıtmış nə həmin gün nədə səhəri gün Şəxs onun yanına gəlməmişdir. 27 mart 2023-cü il tarixdə Şəxs hay-küylə onun iş yerinə gələrək ondan şikayət etdiyini bildirmiş, səbəbini soruşduğda isə onun borcu imiş həmin vaxt getib bankdan etibarnaməni almaq. O, ona 2 gündür etibarnaməni götürməyə gəlmədiyini bildirmiş, Şəxs iki gün öncə anasını apararaq kartı götürdüyünü bildirmiş və buna görədə onu təhdid edib iş otağındakı masanın üzərindəki sənədləri dağıdaraq onu təhqir etməyə başlamışdır. Onun müavini Mahir Zeynalov və tibb işçisi Nazim Həsənov onu ordan uzaqlaşdırmışlar. Bir necə dəqiqədən sonra Şəxs əlində ağac parcası ilə təkrar gələrək onu ölümlə hədələmiş və küçə söyüşləri ilə ucadan nalayiq ifadələr işlədərək ictimasi asayişi pozmuşdur. O, da həyatına hər hansı təhlükə törədəcəyindən çəkinərək RPŞ-ə müraciət etmək məcburiyyətində qalmıışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, zərəçəkmişin və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Dğvlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 032164 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs ömürlük 2-ci qrup əlildir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun və ömürlük 2-ci qrup ömrlük əlil olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar