Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-302/2025 24.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 13 mart 2025-ci il tarixli, MN ******* seriya və nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokoldan görünür ki, 13 mart 2025-ci il tarixdə Cəlilabad rayonunun müxtəlif yerlərində Şəxs MMC tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmiş, bununla da reklam yayıcısı Şəxs MMC Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə nümayəndələrin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonunda Şəxs MMC tərəfindən icazə sənədlərinin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi ilə hüquqi şəxs İXM-in 428.7.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış aktı və həmin gün tarixli “Protokolun tərtib edilməsində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin iştirak etməməsi barədə” aktdan görünür ki, inzibati orqanın yazılı göstərişinin vaxtında və tam yerinə yetirilməməsi faktı aşkar edilmişdir, həmçinin inzibati xəta haqqında protokolun tərtib edilməsində hüquqi şəxsin nümayəndəsi (poçt vasitəsilə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq) iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icazə sənədlərindən görünür ki, idarə tərəfindən Şəxs MMC-nə müxtəlif ölçülərdə və formalarda reklam fasadlarının yayımlanması icazəsi verilmişdir, icazə sənədinin hər birində yayım haqqının məbləği göstərilmişdir. Ödənişlərin edilməsi üçün idarə tərəfindən hesab-faktura da ödəyiciyə təqdim edilmişdir. İşdə olan fotoşəkillərdən sözügedən reklam fasadlarının yayımlandığı görünür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın tələblərinə əmək edilərək icazə verilməsi və nəzarət funksiyaları icra edilmiş, hüquqi şəxsə müxtəlif reklam fasadlarının yayımlanması icazələri verilmiş və hər biri üçün reklam yayım haqqı müəyyən edilmişdir, lakin hüquqi şəxs tərəfindən həmin haqq ödənilməmişdir, bununla da tərəfindən icazələrin tələbləri pozulmuşdur. Həmçinin hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi onun nümayəndəsi tərəfindən də etiraf edilmişdir. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında hər iki tərəfin nümayəndəsi iştirak etmişdir, hüquqi şəxsin nümayəndəsi həqiqətən də tərəflərindən müvafiq inzibati xətanın törədildiyini bildirmişdir. İcazələrə görə ödəniş edilməməsinə, başqa sözlə, yazılı göstərişin tələblərinin yerinə yetirilməməsinə səbəb isə icazə haqlarındakı artım olmuşdur. Hazırda bütün ödənişləri ediblər. Həmin iclasda iştirak edən inzibati orqanın nümayəndəsi bildirmişdir ki, hüquqi şəxs tərəfindən həqiqətən bütün ödənişlər edilmişdir. Ödənişlər inzibati xəta haqqında protokol tərtib edildikdən sonra ödənilmişdir. Hazırda hüquqi şəxsə qarşı hər hansı tələbləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 75-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyə0tli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; - 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi yüngülləşdirici hal hesab edilir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 428.7.3-cü maddəsinin məzmununa əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən müvafiq icazə haqlarının ödənilməsi yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-302/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-302/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver