Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-307/2024 12.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında icraat materialı daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 10 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 fevral 2024-cü il tarixdə Cəlilabad rayonu “Zəvvar” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, özünü təqsirli bilmir. Belə ki, ov edən zaman ekologiyanın əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər, onun qanunsuz ovla məşğul olduğunu bildirdilər, onun şəklini çəkdilər və hər hansı protokol və ya digər sənəd tərtib etmədən getdilər. İnzibati araşdırma ilə bağlı isə ümumiyyətlə hər hansı məlumatı olmayıb, icraat onun iştirakı olmadan aparılıb. Ancaq məhkəmə vaxtı barəsində tərtib edilmiş protokoldan məlumatı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir, bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir, həmçinin aparılacaq icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı təmin edilməlidir. Məhkəmə hesab edir ki, inzibati protokolu tərtib edən orqan ətraflı araşdırma aparmamış və işin hallarını tam müəyyən etməmişdir. Belə ki, şəxsin təqsirli bilindiyi İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş alternativ sanksiyalardan biri də ov hüququnun məhdudlaşdırılmasıdır. Lakin inzibati protokolu tərtib edən orqan şəxsin ov hüququnun olub-olmamasını araşdırmamışdır, bu barədə iş materiallarında hər hansı məlumat yer almır. “Ovçuluq haqqında” Qanunun 13.1-ci maddəsinə görə, ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi Qaydasının 3.1-ci bəndinə əsasən, ovçuluq bileti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən müvafiq qaydada təsdiq edilir, nömrələnir və qaytanlanmış “Ovçuluq biletinin verilməsinə dair qeydiyyat kitabı”na daxil edilməklə qeydiyyata alınır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan şəxsin ovçuluq biletinin olub-olmamasını araşdırmamış və ya bu barədə müvafiq qeydiyyatdan çıxarış təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6- cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iş üzrə qərar qəbul edilmədiyindən ləğvetmə predmeti ola biləcək qərar da mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 128-130, 134-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və iş materialları yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-307/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-307/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver