Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-312/2025 25.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abdullazədə tərəfindən tərtib olunmuş 29 mart 2025-ci il tarixli EQ 26985252 saylı inzibati xəta haqqında protokoluna əsasən qəbul olunmuş 29 mart 2025-ci il tarixli qərardan X6 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X6 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abdullazədə tərəfindən tərtib olunmuş 29 mart 2025-ci il tarixli EQ 26985252 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 verdiyi izahatında göstərdi ki, 31 mart 2025-ci il tarixdə ona məlum olmuşdur ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 60 manat cərimə və 2 bal inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı inzibati tənbeh vermə haqqında qərarla tanış olduqdan sonra ona müəyyən olumuşdur ki, xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı qərarın giriş hissəsində qərarın çıxarıldığı yer: S.Vurğun küçəsi, xx.xx.2025 saat 16.46, xx.xx.2025-ci il inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən müəyyən edildimişdir. S.Vurğun küçəsi, xx.xx.2025 saat 16.46, xx.xx.2025-ci il tarixində, saat 18.00.19-da “Lexsus GX470 minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X9 oğlu tərəfindən 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitəsinin səkilərdə dayanmasına və ya durmasına görə İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuşdur ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat məbləğində cərimə edilir. Şəxs bu Məcəllənin 346.1, 346.2, 346.4-346.9 və ya 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. Onun İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş xətalar törətməyi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş olsaydı, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməli idi və onun iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməli və təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməli idi. xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı inzibati tənbeh vermə haqqında qərarda xüsusi texniki vasitənin tipi, markası, modeli və yerləşdiyi yer göstərilməklə xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməlidir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi məlumat sistemindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı inzibati tənbeh vermə haqqında qərar BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X8 oğlu tərəfindən tərtib olunmuş protokol əsasında qəbul olunmuş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya isteminə yerləşdirilmişdir. BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X8 oğlu tərəfindən tərtib olunmuş protokol ilə DİN BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı inzibati tənbeh vermə haqqında qərar arasında ziddiyyətlər mövcuddur. BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X8 oğlu tərəfindən tərtib olunmuş protokolda tarix xx.xx.2025-ci il saat 18.04.42 radələri, Xətanın yeri S.Vurğun küçəsi xx.xx.2025 saat 16.46, GPS X 40.3966697, GPS Y 49.8380799 göstərilmişdir. Protokoldan göründüyü kimi BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X8 oğlu həmin an xidməti avtomaşında protokolda göstərilən GPS göstəricisinin göstərdiyi yerdə olmuşdur. DİN BDYPİ-in Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı inzibati tənbeh vermə haqqında qərardan isə belə görünür ki, elktron qərar xüsusi texniki vasitənin məlumatına əsasən elektron qaydada tərtib olunmuşdur. Belə olan halda xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyə zidd olaraq qanunsuz tərtib olunmuşdur. O, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı qərar ilə razı deyil və bu qərar Azərbaycan Respublikası İXM-nin prinsiplərinə zidd tərtib olunduğundan etiraz edir, bildirir ki, o, heç bir inzibati xəta törətməmişdir, qərara əlavə olunmuş fotoşəkil tam onun hərəkətlərini əks etdirmir. Sadəcə onun inzibati məsuliyyətə cəlb etmək üçün həmin fotoşəkil, videoqeyd olmadan onu inzibati məsuliyyətə cəlb etməyə uyğunlaşdırılmışdır. Şikayət ərizəsinə əlavə etməklə məhkəmənin nəzərinə çatdırır ki, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı qərar qanunsuzdur. Bundan əlavə onun idarə etdiyi “LEXUS GX470” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda İNSPEKTOR markalı video reqistirator quraşdırılmışdır. O, avtomaşını idarə edərkən onun bütün hərəkər və surət həddi həmin video reqistiratorda qeydə alınır. Həmin videoqeyd video reqistiratordan flaşkarta köçürülmüşdür. Videoqeyddən də görünür ki, o heç bir inzibati xəta törətməmişdir. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı qərarda göstərilən xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməyib. Qeyd olunan qərarda göstərilən məlumatlar xüsusi texniki vasitələrin məlumatlarına uyğunlaşdırılmış və göstərilən səbəblərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməyib. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26985252 saylı qərar DİN BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenatı X8 oğlu tərəfindən tərtib olunmuş inzibati protokol əsasında elektron formada tərtib edilməklə birbaşa həmin informasiya sisteminə ötürüldüyündən İXM-nin prinsiplərinə ziddir. DİN BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X8 oğlu inzibati xətanı bilavasitə aşkar etmişdirsə həmin vaxt protokol onun iştirakı ilə tərtib edilməli idi. Lakin təqdim etdiyi subutlardan da görünür ki, tərtib olunmuş protokol onun iştirakı olmadan qanunsuz olaraq tərtib edilib və onun iştirakı olmadan elektron qaydada qanunsuz qərarlar qəbul edilməklə mərkəzi informasiya sisteminə yerləşdirilib. Belə olan halda inzibati tənbeh tətbiq olunması qanunsuzdur. Onun inzibati məsuliyyətə cəlb olunmağı üçün təqsiri sübut olunmalıdır. Təqsirini sübut etmək üçün DİN Baş X11 İdarəsi inzibati xəta haqqında protokolu, qərarların təsdiq olunmuş surətlərini və baş vermiş inzibati xətanın törədilməsini əks etdirən videogörüntüləri məhkəməyə təqdim etməlidir. İnzibati Xətalar Məcəlləsinin 3cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə də o, həmin qərardan şikayət vermişdir. Qeyd olunana əsasən və Azərbaycan Respublikası İXM-nin 61, 81, 100, 122, 346, 327-330 və 53-cü maddələr əsasən BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən inzibati tənbeh tətbiq etmə barədə 29 mart 2025-ci il tarixli EQ 26985252 nömrəli protokol əsasında qəbul olunmuş elektron qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi Yol patrul xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həçinin, inzibati xətanı təstiq və əks etdirən sübutları da məhkəməyə göndərməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi Yol patrul xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş 29 mart 2025-ci il tarixli EQ 26985252 saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 346.9-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 60 (altımış) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası BDYPİ-nin Yol Patrul Xidmətinin inspektoru polis baş leytenentı X4 tərəfindən tərtib olunmuş 29 mart 2025-ci il tarixli izibati xəta haqqında protokoldan görünür ki, inzibati xətanın tarixi, 29 mart 2025-ci il saat 18:00:19, protokolun tərtib edilditi tarix: 29 mart 2025-ci il, saat 18:04:42 radələri, xətanın yeri S.Vurğun küçəsi, xx.xx.2025 saat 16:46, GPS X 10.3966697, GPS Y 49.8380799 kordinatları göstərilmişdir. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı göstərilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiüi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş 29 mart 2025-ci il tarixli EQ 26985252 saylı qərar 18:00:19 radələrində tərtib olunmuş, Azərbaycan Respublikası BDYPİ-nin Yol Patrul Xidmətinin inspektoru polis baş leytenentı X4 tərəfindən 29 mart 2025-ci il tarixli izibati xəta haqqında protokolu isə 18:04:42 radələrində tərtib olunmuşdur. X5 Məcəlləsinin real vaxt rejimində elektron formada protokol tərtib edilmədədn hazırda mübahisələndirilən qərarla X6 cərimə edilmişdir. Həmçinin, 29 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda və qərarda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Azərbaycan Respubliksı İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar protokolda göstərilir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X3 29 mart 2025-ci ildə, saat 18:00:19-də ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 346.9-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi Yol patrul xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən tələb olunan sübutları (inzibati xəta haqqında protokolun, qərarın təsdiq olunmuş surətlərini və baş vermiş inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri) təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 ona istinad olunan inzibati xəta hadisəsini törətməsi sübut olunmadığından barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elçin Xasıyev tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elçin Xasıyev tərəfindən tərtib olunmuş 29 mart 2025-ci il tarixli EQ 26985252saylı inzibati xəta haqqında protokoluna əsasən X2 barəsində qəbul edilmiş 29 mart 2025-ci il tarixli qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-312/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-312/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver