Məhkəmə qərarları › İş №3(073)-322/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-322/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-322/2025 02.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə PB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 18 mart 2025-ci il tarixdə Cəlilabad RİHBnın Göytəpə şəhər İƏDÜ nümayəndəliyinin həyətində Zərərçəkmiş şəxs sillə zərbələri vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən sahə rəisi bildirmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə münaqişə yaranmışdır, münaqişə zamanı Şəxs zərərçəkənə sillə zərbəsi vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Özü sahə rəisi olaraq hər iki tərəfi barışığa dəvət etsə də, barışıq əldə olunmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, özünü müdafiə etmək məqsədilə zərərçəkmiş şəxsi itələdiyini, əməlindən səmimi peşman olduğunu və barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, münaqişənin yaranma səbəbi zərərçəkmişin onun ünvanına təhqiredici xarakterli sözlər işlətməsi, onun müharibə qazisi adını dəfələrlə təhqir etməsi olmuşdur. Zərərçəkmişin ailə üzvlərinin ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir. Hər iki valideyni rəhmətə gedib, himayəsində iki azyaşlı uşağı var və onlardan birinin sağlamlığında problemlər var, hər 15 gündən bir onu müalicəyə aparmalı olur. Özü vətən müharibəsi iştirakçısıdır, həmçinin qazidir, aldığı xəsarətlərə görə 3-cü dərəcəli əlillik müəyyən edilib və buna görə aylıq pensiya alır. Onun zərərçəkmişə xəsarət yetirməsi heç bir halda inandırıcı deyil, çünki zərərçəkmiş fiziki cəhətdən güclüdür. Söz verir ki, bir daha ümumiyyətlə Zərərçəkmiş şəxs ilə hər hansı əlaqəsi və ya münaqişəsi olmayacaqdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında Şəxs tərəfindən dəfələrlə təhqir edildiyini bildirmişdir. Göstərmişdir ki, münaqişə baş verən gün Şəxs heç bir səbəb olmadan onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir, o buna əhəmiyyət verməsə də qəfildən Şəxs onun üz və boyun nahiyəsindən zərbələr vurmuşdur. Bu barədə video görüntü də var və təhqiqat orqanına təqdim edilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir və onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini, yəni onun həbs edilməsini xahiş etmişdir. Hesab edir ki, Şəxs həbs olunarsa islah oluna bilər. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 159 saylı rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sağ qulaq seyvanında və boyunun sağ yarısının arxa səthində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, aldığı xəsarətlərə görə 3-cü qrup əlillik təyin edilmişdir və hazırda müvafiq məbləğdə pensiya alır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və Şəxs özünün də etirafedici ifadəsi ilə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması, vətən müharibəsi iştirakçısı olması və İİİ dərəcəli əlil olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin şəxsiyyətini və izahatını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə cəzanın nisbətən yuxarı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar