Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-324/2025 16.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi Qasımov Elvin Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi baş məsləhətçi-müfəttiş X6, X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 05 mart 2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 05 mart 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 verdiyi izahatında göstərdi ki, Cəlilabad rayonu Muğan kəndində yaşayır və təsərrüfatla məşğul olur. Təsərrüfatında olan heyvanlar bəzən “Zəvvar” ovçuluq təsərrüfatının ərazisində otlayır. Mal-qaranı otlaq sahəsinə aparan zaman heyvanları yırtıcı heyvanlardan qorumaq üçün özü ilə tüfəng götürür. 23 yanvar 2025-ci il tarixdə heyvanları “Zəvvar” ovçuluq təsərrüfatının ərazisində axtararkən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı ilə rastlaşmışdır. Həmin əməkdaş ondan ov edib-etmədiyini soruşduqda ona ov etmədiyini, sadəcə heyvanlarını axtardığını bildirmişdir. Sonradan isə poçt vasitəsi ilə ona göndərilmiş qərar əsasında Azərbaycan Respublikası İXM-nın 272-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edildiyini öyrənmişdir. O, həmin qərardan narazılığını bildirdikdə isə idarədən ona məhkəməyə şikayət etməsini bildirmişlər. Hesab edir ki, barəsində olan həmin qərar əsassızdır və ləğv olunmalıdır. O, həmin vaxt “Zəvvar” ovçuluq təsərrüfatının ərazisində ov etməmiş və 1 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı onu saxlayarkən onda heç bir ov qəniməti aşkar edilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 05 mart 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi baş məsləhətçi-müfəttiş X9 verdiyi izahatında göstərdi ki, X7 23 yanvar 2025-ci il tarixdə Şirvan Milli Parkı “Qırmızıkənd” ot ərazisində silahla saxlanılmışdır. Həmin vaxt X4 orada ov etdiyini görməmiş və ondan heç bir ov qəniməti aşkar edilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq şikayət əsasında qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə şikayətçini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin 05 mart 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X7 23 yanvar 2025-ci il tarixdə Şirvan Milli Parkı “Qırmızıkənd” ot ərazisində qanunsuz ov edərkən saxlanılmış və Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 ünvanlanmış 05 mart 2025-ci il tarixli məktubdan görünür ki, X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin 05 mart 2025-ci il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə fiziki şəxs qismində 1000 (min) manat məbləğində cərimə edilmiş, cəriməni 30 gündən gec olmayaraq Şirvan Milli Parkının müvafiq bank hesabına köçürülməsi ondan tələb edilmiş, əks təqdir qərarın məcburi icra olunması üçün aidiyyatı orqanlara göndəriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş AA№025285 nömrəli ov icazəsindən görünür ki, 4197 nömrəli ovçuluq bileti olan X5 07 mart 2025-ci il tarixdə Cəlilabad rayonunun ov sahəsində və Zəvvar ovçuluq təsərrüfatında heyvan ovlamasına icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı X4 Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin 05 mart 2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarında X4 Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətdiyi qeyd edilsə də, lakin həmin xətanın X3 hansı hərəkətlərində (Ovçuluq haqqında, Heyvanlar Aləmi haqqında qanunun pozulması) ifadə olunduğu müəyyən edilmir. Həmçinin həmin xətanın X7 tərəfindən törədilməsi ilə bağlı inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa 1 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında X1 üzərində ov silahının olduğunu bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, şəxsdə tüfəngin müəyyən edilməsi hələ onun birmənalı şəkildə ov etməsi anlamına gəlmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin 05 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin 05 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-324/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-324/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver