Məhkəmə qərarları › İş №3(073)-327/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-327/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-327/2025 03.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx.xx.1982-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 03 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 mart 2025-ci il tarixdə, atası Zərərçəkmiş şəxs yaşadığı evdə döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, oğlu Şəxslə birlikdə Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır, lakin oğlu Xalid onunla yaşamaq istəmir. xx.xx.2025-ci il tarixdə oğlu Xalid ona evdən çıxmasını tələb edəndə o da evdən çıxmayacağını demiş, bundan sonra aralarında mübahisə yaranmış və Şəxs onu döyərərk evdən qovmuşdur. Həmin vaxt onların yanında başqa adam olmamışdır. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, atası Zərərçəkmiş şəxslə bir evdə yaşayır, lakin sonuncu onu evdən şıxarmaq istəyir, bu səbəbdən də aralarında bir neçə dəfə narazılıq yaranmışdır. 12 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs onu evdən çıxartmaq istəməklə yanaşı anası ilə də mübahisə etdiyi üçün aralarında mübahisə yaranmış, lakin o, atasını döyməmiş və ona xəsarət yetirməmişdir. hazırda Zərərçəkmiş şəxs ilə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 152 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs başın sağ təpə nahiyəsində sıyrıq və qulaq seyvanında əzilmişsəthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərardad qeyd olunan 12 mart 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 29 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə həmin məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinə görə həmin məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X2 inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar