Məhkəmə qərarları › İş №3(073)-329/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-329/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-329/2024 22.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Məhkəmə iclas katibi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1985-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, Cavadxan küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, Cavadxan küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Əsəbi olduğu üçün həmin əməli etmişdir. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-in polis nəfəri vəzifəsində işləyən X2 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, Cavadxan küçəsində RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Samid Əliyevlə birliktə xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, onu nizam-intizama dəvət etmişdirlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanə pozmuşdur. Daha sonra Şəxs Cəlilabad RPŞ-yə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyən X3 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, Cavadxan küçəsində RPŞ-nin PPXB-in polis nəfəri vəzifəsində işləyən X2 ilə birliktə xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, onu nizamintizama dəvət etmişdirlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanə pozmuşdur. Daha sonra Şəxs Cəlilabad RPŞ-yə gətirmişdirlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar