Məhkəmə qərarları › İş №3(073)-330/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-330/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-330/2025 03.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, Şəxs – xx.xx.1984-cü ildə Cəlilabad rayonu, Privolnoyev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Privolnoyev kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 03 aprel 2025-ci tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Lənkaran rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(049)-867/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 180 manat cəmi, 360 manat aliment alınaraq tələbkar X3 verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X8 izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-867/2024 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin borcu Şəxs alınıb tələbkar X4 verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs 3240 manat qalıq borcunu ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs hal-hazırda tələbkar X5 hər ay alimet borcunu ödəsə də, qalıq borcunu isə ödəməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-867/2024 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin ondan alınıb tələbkar X4 verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs qalıq borcunu ödəməkdən yayınmamışdır. O, hal-hazırda tələbkar X4 hər ay alimet borcunu ödəyir. Qalıq borcunu isə qısa zamanda hissə-hissə ödəyəcəkdir. Məhkəmədən yungül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-867/2024 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin borcu Şəxs alınıb ona verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs 3240 manat qalıq borcunu ödəməkdən boyun qaçırmışdır. Borcunu tələb edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(073)- 28/2024 saylı qərarından görünür ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 30 (gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar