Məhkəmə qərarları › İş №3(073)-336/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-336/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-336/2024 06.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi ilə X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 13 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan verilmiş şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş 13 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A AL D İ: X4 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılsın. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar