Məhkəmə qərarları › İş №3(073)-339/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-339/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-339/2024 23.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1989-cu il tarixdə Cəlilabad rayonu Eçara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Eçara kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)-610/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Nigar Abasova inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Şəxs icra vərəqəsinin icra müddəti ərzində icrasını tam təmin etməmiş, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)- 610/2023 saylı icra vərəqəsi üzrə 2610 manat aliment borcunu ödəməmişdir. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023cü il tarixli, 2(073)-610/2023 saylı icra vərəqəsi üzrə iddiaçı X5 2610 manat aliment borcu vardır. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)-610/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Lakin borclu Şəxs aliment borcundan müəyyən qədər ödəsə də, hazırda yaranmış 2610 manat aliment borcunu ödəməmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 07 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)-610/2023 saylı icra vərəqəsi üzrə Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)-610/2023 saylı icra vərəqəsi, icra məmuru Nigar Abasovanın və zərərçəkmiş şəxs X3 izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 23 aprel 2024-cü il tarixdən, saat 17:20-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar