Məhkəmə qərarları › İş №3(073)-343/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-343/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-343/2024 29.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1976-ci ildə Cəlilabad rayonu Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon Kazımabad kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materiala görə X4 xx.xx.2024-cü il tarixdə, saat 10.50-də Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun 121-ci km-də Bakı istiqamətinin hərəkət hissəsinin sağ tərəfində mühafizə zolağının qoruyucu hasarının 2 kvadrat metr ölçüdə setkasını qırmaqla özgə əmlakını qəsdən zədələyərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAY) 7 nömrəli X3 MMV-nə 49 (qırx doqquz) manat dəyərində ziyan vurmuşdur. X4 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən peşman olmasını, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyimi bildirərərk barəsində yüngül cəza verilməsini xahiş etmişdir. X2 törətmiş olduğu inzibati xəta özünün etirafı, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 nömrəli X3 MMC-nin ziyan aktından görünür ki, M-3 Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yolunun Ürgə kəndi ərazisində (121-ci km) sağ tərəfdə 2 kvadrat metr qoruyucu çəpər kəsilmiş, nəticədə müəssisəyə 49 manat ziyan dəymişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. X2 əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, X2 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində - 98 (doxsan səkkiz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində - 98 (doxsan səkkiz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar