Məhkəmə qərarları › İş №3(073)-345/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-345/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-345/2024 25.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12, X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad rayonu, Günəşli kəndində yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə X14 materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya haqqında protokol daxil olmuşdur. 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli X14 protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 2 azyaşlı uşaqların alınıb X3 verilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 2 azyaşlı uşaqların alınıb X3 verilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinin icrasını təmin etməmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən ondan 2 azyaşlı uşaqların alınıb X3 verilməlidir. Lakin uşaqları onun atası X7 oluduğuna görə analarına təqdim edə bilməmişdir. Çünki uşaqlar babaları X11 ona vermir. Ona görə də uşaqların babasından alınıb özünə qaytarılması üçün Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan X14 işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 2 azyaşlı uşaqların alınıb ona verilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinin icrasını təmin etməmişdir. O, övladlarının ana qayğısına ehtiyacı olduğunu bildirdi. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan X14 işin icraatına xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün X14 protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında icra məmurunun, borclunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edildi ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 2 azyaşlı uşaqların alınıb X3 verilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinin icrasını təmin etməmsinin səbəbi isə uşaqların atası Şəxs yanında deyil, onların babası X8 yanında olmasıdır. Buna görədə hal-hazırda Şəxs uşaqların X5 alınıb ona verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(073)-1253/2024 saylı qərardadının sürətindən görünür ki, Şəxs X10 qarşı uşaq tələbinə dair iddia ərizəsi icraata götrülmüş və məhkəmə hazırlıq iclası 06 may 2024cü il tarixə, saat 16:50-yə təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış X14 iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 528-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 25 aprel 2024-cü il tarixli, MN ******* saylı X14 protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış X14 iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar