Məhkəmə qərarları › İş №3(073)-346/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-346/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-346/2024 29.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs– xx xxxxxx 1989-cu il tarixdə Sabirbabad rayonu Türkədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sabirbabad rayonu Türkədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Cəlilabad Rayon Polis Şöbəsinin X1n daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 27 aprel 2024-cü il tarixdə Göytəpə şəhər O.Eynullayev küçəsində yerləşən “Lider” marketin qarşısında və X1 ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında özünü barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bilərək göstərdi ki, o, Sabirbabad rayonu Türkədi kəndində qeydiyyatda olmaqla yaşayır. 3-4 gün əvvəl Cəlilabad rayonu Maşlıq kəndinə gəlib tanımadığı şəxsə məxsus kartof sahəsində fəhlə işləmişdir. 27 aprel 2024-cü il tarixdə Göytəpə şəhərində yerləşən kafelərin birində spirtli içki qəbul edərək saat təxminən 22 radələrində sərxoş vəziyyətdə Göytəpə şəhər O.Eynullayev küçəsində yerləşən “Lider” marketin qarşısına gəlmişdir. O, sərxoş olduğu üçün onu maşına əyləşməyə icazə verməyən taksi sürücülərinin ünvanına nalayiq ifadələr işlədərək söyüş söymüşdür. Daha sonra DİN-nin 102 xidmətinə zəng vuraraq nalayiq ifadələr işlətmişdir. Hadisə yerinə gələn polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, o, əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları onu X3 gətirmişlər. Lakin o, polis bölməsində də eyni həkətləri davam etmişdir. Hazırda əməlindən peşman olduğunu, səhvini başa düşdüyünü və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirərək nəzərə alınmasını xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta özünün etirafı, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. İş materiallarında olan 27 aprel 2024-cü il tarixli, 100 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respulikası İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Şəxs törətmiş olduğu inzibati xətalara görə Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sankiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan 27 aprel 2024-cü tarixli AZA 021256 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2024-cü il tarixdə saat 00:50-da inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 27 aprel 2024-cü il tarixdən, saat 00:50-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respulikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 aprel 2024-cü il tarixdən, saat 00:50-dən hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar