Məhkəmə qərarları › İş №3(073)-352/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-352/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-352/2024 01.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, X1, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi X10 iştirakı ilə, Şəxs – xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Mədətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, müəllim işləyən, Cəlilabad rayonu, Mədətli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-977/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay qazancının (başqa glirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, X11 törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X12 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-977/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay qazancının (başqa glirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 verilməsi qət edilmişdir. X2 hal-hazırda Cəlilabad Rayon Məhkəməinin icra vərəqəsi üzrə cəmi 5362 manat aliment borcu qalmışdır. Şəxs aliment borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu tam şəkildə ödəməmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-977/2023 saylı icra vərəqəsinə əsasən ondan iki uşağın saxlanılması üçün hər ay qazancının və başqa glirlərinin üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 verilməsi qət edilmişdir. Hal-hazırda cəmi 5362 manat aliment borcu qalmışdır. Hazırda borcundan 500 manat ödəmək imkanı var. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X13 Rəyasət izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-977/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay qazancının (başqa glirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq tələbkar ona verilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda Cəlilabad Rayon Məhkəməinin icra vərəqəsi üzrə cəmi 5362 manat aliment borcu qalmışdır. Şəxs aliment borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu qərəzli şəkildə ödəməmişdir. Aliment borcunun tam ödənilməsini tələb edir. Ona görə də X9 inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs X5 məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu X11 borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, X6 şəxsiyyətini, maddi vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 01 may 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar