Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-354/2024 01.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Əsgərov küçəsi, ev 35 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:30-da Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Əsgərov küçəsində ucadan nalayıq söyüşlər deməklə icdimai qaydanı pozmuş, onu Cəlilabad rayon X6 Polis Bölməsinə dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Əsgərov küçəsi, ev 35 ünvanında yaşadığı evdə olarkən polis əməkdaşları gələrək özlərini təqdim edərək Masallı rayonu, Köhnə Alvadı kənd sakini X1 onun barəsində olan şikayəti ilə bağlı aparılan araşdırmayla əlaqədar izahat verməkdən ötürü Göytəpə PB-nə dəvət etdilər. O, da paltarını dəyişib poli əməkdaşları ilə Göytəpə PB-yə gəlmişdir. O, yaşadığı ünvanda Fariz Süleymanovun ünvanına ucadan nalayıq söyüşlər söyməmiş və Göytəpə PB-yə getməkdən imtina etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon X6 PB-nin əməliyyat-istintaq qrupununn tərkibində xidmətdə olarkən Masallı rayonu, Köhnə Alvadı kənd sakini X1 döyülməsi barədə DİN-102 xidmət-zəng mərkəzinə müraciəti ilə bağlı araşdırma zərurəti ilə əlaqədar əməliyyat qrupu ilə birlikdə Şəxs yaşadığı ünvan 2 ünvanda Şəxs özlərini təqdim etdikdən sonra barəsində olan şikayətlə bağlı aparılan araşdırma zərurəti ilə əlaqədar izahat verməsi üçün onu Göytəpə PB-yə dəvət etmişlər. Lakin Şəxs həyətində və küçədə onların qanhuni tələblərinə qəsdən tabeh olmayaraq qollarında olan döyməni (nakolkanı) onlara nümayiş etdirmiş, əvvəllər Rusiyada türmədə cəza çəkdiyini, kriminal aləmin nüfuzlu şəxslərindən olduğunu bildirərək onun barəsində şikayət vermiş Masallı rayonu, Köhnə Alvadı kənd sakini X1 ünvanına ucadan nalayıq söyüşlər deyərək ictimai qaydanı pozmaqla Göytəpə PB-yə gəlməkdən imtina etdiyi üçün onlar Şəxs xidməti avtomobillə Göytəpə PB-yə gətimişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon X6 PB-nin əməliyyat-istintaq qrupununn tərkibində olarkən Masallı rayonu, Köhnə Alvadı kənd sakini X1 döyülməsi barədə DİN-102 xidmətzəng mərkəzinə müraciəti ilə bağlı araşdırma zərurəti ilə əlaqədar əməliyyat qrupu ilə birlikdə Şəxs yaşadığı ünvan 2 ünvanda Şəxs özlərini təqdim etdikdən sonra barəsində olan şikayətlə bağlı aparılan araşdırma zərurəti ilə əlaqədar izahat verməsi üçün onu Göytəpə PB-yə dəvət etmişlər. Lakin Şəxs həyətində və küçədə onların qanhuni tələblərini qəsdən tabeh olmayaraq qollarında olan döyməni (nakolkanı) onlara nümayiş etdirmiş, əvvəllər Rusiyada türmədə cəza çəkdiyini, kriminal aləmin nüfuzlu şəxslərindən olduğunu bildirərəkonun barəsində şikayət vermiş Masallı rayonu, Köhnə Alvadı kənd sakini X1 ünvanına ucadan nalayıq söyüşlər deyərək ictimai qaydanı pozmaqla Göytəpə PB-yə gəlməkdən imtina etdiyi üçün onlar Şəxs xidməti avtomobillə Göytəpə PB-yə gətimişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-354/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-354/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver