Məhkəmə qərarları › İş №3(073)-36/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-36/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-36/2023 13.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən Cəlilabad Rayon Məhkəməsinin sədri Cəbrayılov Vüsal Adil oğlu, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs – xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhəri M.Hadi küçəsi ev 59-da qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə barəsində Cəlilabad rayon X1 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ən e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhər, H.Əliyev prospektində idarə etdiyi VAZ-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman piyada zolağından keçmək istəyən piyadaya yol verməmiş, ona yaxınlaşan polis əməkdaşları ilə mübahisə edərək onlara qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs özünü barəsində olan inzibati xəta haqqında material üzrə təqsirli bilərək verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon H.Əliyev prospektində hərəkətdə olarkən H.Əliyev parkının qarşısında yerləşən işıqforda polis əməkdaşları idarə etdiyi Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili yana verərək dayanmasını bildirmişlər. O, işıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlamış və 20 metr irəlidə dayanmışdır. Yol Patrul Xidməti əməkdaşı ona yaxılaşaraq özünü təqdim etmiş, sonra ona piyada keçidi zolağından keçmək istəyən piyadaya yol vermədiyini bildirmişdir. O, polis əməkdaşı ilə razılaşmayaraq təxminən 3-4 dəqiqə mübahisə etmişdir. Əsəbi olduğu üçün özündən asılı olmadan nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır. Gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Odur ki, bunları nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Şəxs törətmiş olduğu inzibati xəta onun izahatı, inzibati xəta haqqında xx.xx.2023cü il tarixli, MN ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi xırda xuliqanlıq əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən, onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar