Məhkəmə qərarları › İş №3(073)-36/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-36/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-36/2024 15.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs – xx xxx 2002-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhər M.F.Axundov küçəsi ev 4-də qeydiyyatda olan və orada yaşayan barəsində Azərbaycan Respublikası DİN-in Cəlilabad rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 12 yanvar 2024-cü il tarixdə, saat 23:25-də Cəlilabad rayonu ərazisində idarə etdiyi «VAZ-21013» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılıb yoxlanılmış və həmin vaxt onun avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olduğunu, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül tənbeh tədbiri verilməsini xahiş etdi. İş materiallarında olan 12 yanvar 2024-ci il tarixli, 10 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyəti olmuşdur. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı, 13 yanvar 2024-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, 12 yanvar 2024-cü il tarixli, 10 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İş matreallarına əlavə olunmuş Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Şəxs “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikasının İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlı̇ k edən: Vüsal Cəbrayilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar