Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-367/2023 10.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən - Cəlilabad Rayon Məhkəməsinin sədri Cəbrayılov Vüsal Adil oğlu, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə Şəxs – xx xxxx 1984-cü il tarixdə Cəlilabad rayonunun Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 03 mart 2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında keçmiş həyat yoldaşı X3 döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs məhkəməyə izahat verərək Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, gələcəkdə də hər hansı belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. X1 məhkəməyə izahat verərək göstərdi ki, 2010-cu il tarixdə Cəlilabad rayonu, Günəşli kənd sakini Şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. 2012-ci il tarixdə Xədicə adlı övladları doğulmuşdur. Bəşir ilə 2017-ci il tarixə qədər birgə yaşamış, lakin Bəşir onu incitdiyi, döydüyü üçün onlar 2019-cu ildə rəsmi olaraq ayrılmışlar. Şəxs azyaşlı övladı Xədicənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment ödəmişdir. Azyaşlı Xədicə anası Nərmin Həsənovanın kirayə tutduğu evdə onunla birlikdə yaşamışdır. O, qızı Xədicənin atası Bəşir ilə görüşməsinə imkan yaratmış və ay ərzində Bəşirin anası Aminə Xədicəni yaşadığı evdən Günəşli kəndinə həftənin 5-ci günü aparıb, bazar günü evə geri gətirirmiş. xx.xx.2023-cü il tarixdə Xədicənin məktəbdə bir həftəlik tətili olmuş, buna görə onu həmin tarixdə atası ilə Günəşli kəndinə yollamış, onlar belə danışıblar ki, Xədicə bir həftəlik atası ilə qalacaq, bu müddətdən sonra Xədicəni gətirib ona təhvil verəcəklər, lakin bir həftə keçəndən sonra Xədicəni gətirmədikləri üçün onu tələb edəndə Bəşir və anası Aminə, Xədicəni ona verməyəcəklərini demişlər, bundan sonra o məhkəməyə, icra hakimiyyətinə və polisə müraciət etməsinə baxmayaraq bu günə qədər övladını ona verməmişlər. O, 2022-ci ilin aprelindən bu günə qədər Xədicə ilə görüşməmiş, ancaq Xədicə ilə bir neçə dəfə gizli şəkildə telefonla yazışıb danışanda Xədicə onun yanına gəlmək istədiyini bildirmişdir. Bəşir isə onu məhkəməyə vermişdir. Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-59/2023 saylı qətnaməsinə əsasən uşağın atanın yanında qalması müəyyən edilmiş və aliment öhdəliyinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətində uşaq komissiyasının üzvləri onu, Bəşiri və Xədicəni dəvət etmişlər, o, həmin tarixdə saat 15 radələrində İcra Hakimiyyətinin inzibati binasında Xədicə və Bəşir ilə görüşmüşdür. Onlar icra hakmiyyəti binasından çıxıb binadan təxminən 50 metr kənarlaşdan sonra o Bəşirə və anası Aminəyə yaxınlaşaraq Xədicəni pis saxladıqlarını, Xədicəni onlardan alacağını bildirəndən sonra Bəşir onun sol çiyin nahiyəsinə yumruqla vurub saçından tutub çəkərək onu yerə yıxmış, aminə isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da həmin ifadələri Aminənin ünvanına təkrarlamış və ayağa qalxıb oradan Cəlilabad RPŞ-nə gəlmişdir. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün şəxsi etirafı, zərərçəkmiş şəxsin izahatı, MN ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Materiala əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 09 mart 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 124 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-367/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-367/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver