Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-369/2025 21.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi, İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 17 mart 2025-ci il tarixdə ona məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN BDYPl-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat 2 bal inzibati cərmə növündə tənbeh edilmişdir. DİN BDYPl-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərarla tanış olduqda müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli, EQ26676047 saylı qərarın giriş hissəsində Qərarın çıxarüdığı yer: Salamzadə küçəsi xx.xx.2025 saat 17.17, xx.xx.2025-ci ü inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən müəyyən edildi: Z.Bünyadov-İ Dadaşov küçələrinin kəsişməsi xx.xx.2025 saat 17.20, xx.xx.2025-ci il tarixində, saat 19.32.48-də-da Lexsus GX470 minik markalı 90HM019 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 tərəfindən İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərarlarla bağlı bildirir ki, inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş olsaydı, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməli idi və onun iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməli və təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməli idi. xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərarda xüsusi texniki vasitənin tipi, markası, modeli və yerləşdiyi yer göstərilməklə xüsusi texniki vasitələrin məlumadarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməyib. DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi sistemindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərar BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytinantı X4 tərəfindən tərtib olunmuş protokol əsasında tərtib olunmuş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmişdir. Yol Patrul Xidməti baş inspektoru polis serjantı X4 tərəfindən tərtib olunmuş inzibati protokol ilə DİN BDYPl-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərar arasında kəskin ziddiyyətlər mövcuddur. Belə ki, BDYPl-nin Yol Patrul Xidməti baş inspektoru polis serjantı X4 tərəfindən tərtib olunmuş inzibati protokolda Xətanın tarixi, xx.xx.2025-ci il, saat 19.32.48, Protokolun tərtib edildiyi tarix xx.xx.2025-ci il saat 19.37.07 radələri, Protokolu tərtib edən şəxsin vəzifəsi, rütbəsi Yol Patrul Xidməti baş inspektoru polis serjantı X5, Xətanın yeri Z.Bünyadov-İ Dadaşov küçələrinin kəsişməsi xx.xx.2025 saat 17.20, GPS X0 GPS Y0 göstərilmişdir. Protokoldan göründüyü kimi BDYPl-nin Yol Patrul Xidməti baş inspektoru polis serjantı X2 həmin an olduğu yer GPS kordinatları ilə qeyd edilməmişdir. Lakin DİN BDYPl-nin Mərkəzi Məlumat Xidmətinin rəisi,`polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərardan isə belə görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı elektron qərar xüsusi texniki vasitənin məlumatına əsasən elektron qaydada tərtib olunmuşdur. Belə olan halda xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyə zidd olaraq qanunsuz tərtib olunmuşdur. O DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı qərar ilə razı deyil və bu qərar İXM-nin prinsiplərinə zidd tərtib olunduğundan etiraz edir, bildirir ki, o heç bir inzibati xəta törətməmişdir, qərara əlavə olunmuş fotoşəkillər tam onun hərəkətlərini əks etdirmir. Sadəcə onu inzibati məsuliyyətə cəlb etmək üçün həmin foto şəkillər, video qeyd olmadan onu inzibati məsuliyyətə cəlb etməyə uyğunlaşdırılmışdır. Bundan əlavə onun idarə etdiyi LEXUS GX470 MİNİK markalı 90HM019 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda İNSPEKTOR markalı video reqistirator quraşdırılmışdır. O avtomaşını idarə edərkən onun bütün hərəkər və surət həddini həmin video reqistiratorda qeydə alınır. Həmin videoqeyd reqistiratordan flaşkarta köçürülmüşdür. Videoqeyddən də görünür ki, o heç bir inzibati xəta törətməmişdir. Belə ki, DlN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26676047 sayh qərarda göstərilən xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməyib və bu səbəbdən də qeyd olunan qərarda göstərilən məlumatlar xüsusi texniki vasitələrin məlumatlarına uyğunlaşdırılıb və bu səbəbdən də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməyib. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı qərar BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis serjantı X4 tərəfindən tərtib olunmuş inzibati protokollar əsasında elektron formada tərtib edilməklə birbaşa həmin informasiya sisteminə ötürüldüyündən İXM-nin prinsiplərinə ziddir. Bildirir ki, BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru polis serjantı X4 inzibati xətanı bilavasitə aşkar etmişdirsə həmin vaxt inzibati protokol onun iştirakı ilə tərtib edilməli idi. Lakin təqdim etdiyi sübutlardan da görünür ki, tərtib olunmuş inzibati protokol onunu iştirakı olmadan qanunsuz olaraq tərtib edilib və onun iştirakı olmadan elektron qaydada qanunsuz qurar qəbul edilməklə mərkəzi informasiya sisteminə yerləşdirilib. Lakin onun inzibati məsuliyyətə cəlb olunmağı üçün təqsiri sübut olunmalıdır. Təqsirini sübut etmək üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi inzibati xəta haqqında protokolu, qərarların təsdiq olunmuş surətlərini və baş vermiş inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri məhkəməyə təqdim etməlidir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasna dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslıdır. Belə ki, işdə olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın tərtib edilmə saatı 17.20, xətanın törədilmə tarixi isə 19.32-dir. İşdə olan BDYPİ-nin Yol Patrul Xidməti baş inspektoru, polis serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, inzibati xətanın tarixi xx.xx.2025-ci il, saat 19.32, protokolun tərtib edildiyi tarix: xx.xx.2025-ci il, saat 19.37, xətanın yeri Z. Bünyadov-İ. Dadaşov küçələrinin kəsişməsi, tarixi xx.xx.2025, saat 17.20, GPS X 0 GPS Y0 kordinatları göstərilmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərarda qərarın qəbul edildiyi saat 17:20, xətanın törədilmə saatı isə 19:32 kimi göstərilmişdir ki, bu da ağlabatan deyildir. Qərardan belə başa düşülür ki, hələ törədilməmiş inzibati xətaya görə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin həmin qərar xüsusi texniki vasitənin göstəriciləri əsasında deyil, YPX inspektoru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında tərtib edilmişdir. Halbuki xüsusi texniki vasitə ilə aşkar edilmiş inzibati xəta haqqında birbaşa tənbeh vermə haqqında elektron qərar qəbul edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 122.5-ci maddəsinə əsasən bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsinə nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır; - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2. 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; - 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqinda işin icraatına xitam verilməsi haqqinda qərar qəbul edir. Məhkəmə qeyd olunan halları – xətanın tarixi və tənbeh vermə haqqında qərarın tarixi arasındakı ziddiyyəti və qərarın xüsusi texniki vasitənin məlumatı əsasında deyil, inzibati xəta haqqında protokol əsasında tərtib edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, X1 ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı sübutlar inzibati orqan tərəfindən İXMin tələblərinin pozulması ilə əldə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26676047 saylı qərar X3 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ 26676047 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-369/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-369/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver