Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-370/2023 11.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx xxxxxx 1964-cü il tarixdə Cəlilabad rayonu, Bədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Bədirli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsi ilə barəsində Cəlilabad rayon X1 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında işin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə gəlini Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı onu döyərək xəsarət yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati işin məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs məhkəməyə şifahi və yazılı izahat verərək bildirdi ki, barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Odur ki, zərərçəkmiş şəxslə barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək bildirdi ki, inzibati xəta törədən Şəxs xx.xx.2023-cü il tarixdə, Cəlilabad şəhəri, Səttərxan küçəsində, yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində münahisə yaranmış, həmin vaxtı o, Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs da, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Hal-hazırda inzibati xəta törətmiş Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı izahat da verərək, Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarını nəzərə alıb Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsinin 13 mart 2023-cü il tarixli, 148 nömrəli ekspert rəyindən görünür ki, Şəxs müayinə zamanı sol budaq-çanaq oynağı nahiyəsində 2/iki/ədəd çapıq (sahə) müəyyən olundu, müəyyən olunan xəsarətlər 1-2-ci dərəcəli termiki yanığın sağaldıqdan sonrakı izi olub,yüksək hərəkətin yerli təsirindən törənmişdir, törənmə müddəti 1 aya yaxındır sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Materiala əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı, zərərçəkmişin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.9-cu maddəsində göstərilmişdir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Məhkəmə Zərərçəkmiş şəxs inzibati xəta törədən Şəxs ilə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respulikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-370/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-370/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver