Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-370/2024 30.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, 14 may 1985-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Baş X6 İdarəsinin 6 aprel 2024-cü il tarixli, EQ 20405831 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X6 İdarəsinin 06 aprel 2024-cü il tarixli, EQ 20405831 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti Cəlilabad Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 06 aprel 2024cü il tarixli EQ 20405831 saylı protokol tərtib edilmişdir. O, inzibati tənbeh vermə haqqında qərarı 17 aprel 2024-cü il tarixdə əldə etmişdir. 06 aprel 2024-cü il tarixli EQ 20405831 saylı protokola əsasən guya o, xx.xx.2024-cü il tarixdə saat 17:16-da Cəlilabad şəhəri H.Əliyev prospektində KİA SORENTO minik markalı ** ZT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cəlilabad şəhəri H.Əliyev prospektində quraşdırılmış sözügedən həmin nizamlayıcı işıqforun tələblərini pozan və inzibati xəta aşkar edən xüsusi texniki vasitə yoxdur. Orada yalnız şəhər təhlükəsizlik kamerası vardır. Şəhər təhlükəsizlik kamerası xüsusi texniki vasitə hesab edilmir və onun belə bir xüsusi imkanı yoxdur.Əgər baş vermiş inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə və 06 aprel 2024-ci il tarixli EQ20405831 nömrəli protokol tərtib edilmişdirsə niyə görə həmin protokolda inzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinin tələbi yani inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Göründüyü kimi 06 aprel 2024-ci il tarixli EQ20405831 nömrəli protokol tərtib olunarkən İXM-nin 100.1.1ci, 100.1.2-ci, 100.1.3-cü, 100.1.4-cü və ən əsası 100.1.8-ci maddələrinin tələbləri pozulmuşdur. Protokola əlavə edilmiş fotoşəkillər təhlükəsiz şəhər kamerasından çıxarılmış və həmin şəkillərə uyğun qanunun tələblərini pozmaqla protokol tərtib olunmuşdur. Əgər qayda pozması patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri və yaxud xüsusi texniki vasitələrin köməkliyi ilə qeydə alınsaydı, həmin qərarda göstərilər və ya qərara əlavə olunardı. Odur ki, barəsində tərtib edilmiş protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi və qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş EQ № 20405831 saylı protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində KİA SORENTO minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 327.2-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində KİA SORENTO minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, nəticədə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmçinin İXM-nin 22.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və pozuntu anını əks etdirən fotoşəkil qərara əlavə edilmişdir. Pozuntunun törədilməsi fotoşəkildə də öz təsdiqini tapmışdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət isə əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş X6 İdarəsinin 06 aprel 2024-cü il tarixli, EQ 20405831 nömrəli protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-370/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-370/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver