Məhkəmə qərarları › İş №3(073)-371/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-371/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-371/2024 24.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii SərvətlərNazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 15 aprel 2024cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 15 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, MN 178844 saylı qərarı ilə İXM-nin 228-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, guya o, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Astara rayon Şahağacı kəndi ərazisində yerin təki qaydalarını qanunsuz olaraq pozmuşdur. Lakin o, heç bir qayda pozuntusu etməmişdir. Astara rayon sakinindən “balıqqulağı” almış, qayıdanda polis əməkdaşları onu saxlamış, sonra isə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində inzibati protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2024-cü il tarixli, MN 178844 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii SərvətlərNazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 məhkəmədə veridiyi izahatında göstərdi ki, X6 xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Astara rayon Şahağacı kəndi ərazisində yerin təki qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2024-cü il tarixli, MN 178844 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək 600 manat məbləğində cərimə edilmişdir. Odur ki, X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə şikayətçini və qərarından şikayət verilən orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 mart 2024-cü il tarixli, MN ******* saylı protokolundan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində X1 rayonu Şahağacı kəndi ərazisində yerin təki qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində X1 rayonu Şahağacı kəndi ərazisində yerin təki qaydalarını qanunsuz olaraq pozduğuna görə Azərbaycan Respublikası İXMnin 228-ci maddəsi ilə fiziki şəxs qismində 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində qeyd edilmişdir ki, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Mübahisələndirilən qərarda X3 Astara rayonu Şahağacı kəndi ərazisində yerin təki qaydalarını pozması qeyd edilsə də, yerin təki qaydalarının onun tərəfindən pozulmasını təsdiq edən konkret sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarına sübut kimi əlavə edilmiş fotoşəkildə X3 inzibati xəta törətməsini təsdiq edən hallar əks olunmamışdır. Məhkəmə hesab edir ki, şikayət təmin edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar