Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-379/2025 08.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Zəhmətabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Quluzadə X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-465/2024 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 22 fevral 2024-cü tarixli, 2(073)-465/2024 saylı icra vərəqəsinə əsasən 22 dekabr 2023-cü ildən başlayaraq 14 oktyabr 2021-ci il təvəllüdlü Güllü adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmışdır. Nəticədə borclunun 920 manat aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 22 fevral 2024-cü tarixli, 2(073)-465/2024 saylı icra vərəqəsinə əsasən 22 dekabr 2023-cü ildən başlayaraq 14 oktyabr 2021-ci il təvəllüdlü Güllü adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməlidir. Hazırda zərərçəkmiş şəxslə barışmışlar və ailə münasibətlərini bərpa etmişlər. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hətta indi məhkəmədən çıxdıqdan sonra arvadı və uşağını da götürüb özü ilə birgə yaşadığı evə gedəcəklər. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X3 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 22 fevral 2024-cü tarixli, 2(073)-465/2024 saylı icra vərəqəsinə əsasən 22 dekabr 2023-cü ildən başlayaraq 14 oktyabr 2021-ci il təvəllüdlü Güllü adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar və ailə münasibətlərini bərpa etmişlər. Məhkəmədən sonra bir yerdə Kamilin evinə gedəcəklər. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 22 fevral 2024-cü tarixli, 2(073)- 465/2024 saylı icra vərəqəsinə əsasən 22 dekabr 2023-cü ildən başlayaraq 14 oktyabr 2021-ci il təvəllüdlü Güllü adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməlidir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 11 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-465/2024 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan ərizələrdən görünür ki, tərəflər ailə münasibətlərini bərpa etmişlər və barışmışlar. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, iş məhkəmənin icraatında olduğu müddətdə borclu və tələbkar barışmışlar. Tələbkarın da verdiyi izahatla və yazılı ərizə ilə müəyyən edilmişdir ki, borclu ilə ailə münasibətlərini bərpa etmişlər. Belə olan halda icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir, yəni onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 08 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-379/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-379/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver