Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-380/2024 01.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, X1 iştirakı ilə, X2 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 02 aprel 2024cü il tarixli, EQ 20309927 saylı və 03 aprel 2024-cü il tarixli, EQ 20335071 saylı qərarlarından verdiyi şikayətin təmin edilməməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 3(073)-380/2024 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20309927 saylı və 03 aprel 2024-cü il tarixli, EQ 20335071 saylı qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 3(073)-380/2024 nömrəli qərarı ilə, X2 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 02 aprel 2024-cü il tarixli, EQ 20309927 saylı və 03 aprel 2024-cü il tarixli, EQ 20335071 saylı qərarlarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. X4 10 iyun 2024-cü il tarixdə şikayət verərək Cəlilabad Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 3(073)-380/2024 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-291/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 21 may 2024cü il tarixli, 3(073)-380/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə X4 tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən ayrı-ayrı vaxtlarda qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan ayrıca şikayət verilməli olduğu halda həmin qərarlardan birlikdə şikayət verilmiş və şikayətdə istinad olunmuş protokolların surəti iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilən nöqsanlar aradan qaldırılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların hər birindən ayrıca şikayət verilməli və hər bir qərardan verilmiş şikayətə baxılaraq yekun qərar çıxarılmalıdır. Həmçinin şikayətdə istinad olunmuş protokolların surəti iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə belə qənaətə gəlir ki, X2 Cəlilabad Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 3(073)-380/2024 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Cəlilabad Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 3(073)-380/2024 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-380/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-380/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver