Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-383/2024 17.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon Çünzəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materiala görə Mirzəyev X3 rayonu Çünzəli kənd sakini X2 aylıq 10 faizlə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti verməklə, 2023-cü ilin oktyabr ayından 10 fevral 2024-cü il tarixədək ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində gəlir əldə edərək dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu halda belə lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən peşman olmasını, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün etirafı, “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” və “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərarlar, həmçinin işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 03 may 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurduğu ziyanın iki misli məbləğində - 320 (üç yüz iyirmi) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində - 320 (üç yüz iyirmi) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-383/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-383/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver