Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-384/2024 07.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.2000-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1945/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 4241,41 mamant pul və 62.55 manat dövlət rüsumu tutularaq tələbkar “X3” ASC-yə, Cəlilabad rayon 1saylı Notariat Kontorunun 8İ- 10239 nömrəli, xx.xx.2023-cü il tarixli icra səndəi üzrə borclu Şəxsdan 1007.36 manat və 25 manat dövlət rüsumututularaq tələbkar "xxxx" ASC-yə və Bakı şəhəri, 54 saylı Notariat Kontorunun 8İ-10239 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə borclu Şəxs 105 manat və 25 manat dövlət rüsumu tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı Azpil MMC-yə verilməməklə icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərifi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 1945/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 4241,41 mamant pul və 62.55 manat dövlət rüsumu tutularaq tələbkar “X3” ASC-yə, Cəlilabad rayon 1saylı Notariat Kontorunun 8İ-10239 nömrəli, xx.xx.2023-cü il tarixli icra səndi üzrə borclu Şəxsdan 1007.36 manat və 25 manat dövlət rüsumututularaq tələbkar "xxxx" ASC-yə və Bakı şəhəri, 54 saylı Notariat Kontorunun 8İ-10239 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə borclu Şəxs 105 manat və 25 manat dövlət rüsumu tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-yə verilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda Borclu icradan yayındığı axtarışla gətrilmişdir. Şəxs borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1945/2022 saylı icra vərəqəsinə əsasən ondan 4241,41 mamant pul və 62.55 manat dövlət rüsumu tutularaq tələbkar “X3” ASC-yə, Cəlilabad rayon 1saylı Notariat Kontorunun 8İ-10239 nömrəli, xx.xx.2023-cü il tarixli icra səndi üzrə ondan 1007.36 manat və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə və Bakı şəhəri, 54 saylı Notariat Kontorunun 8İ-10239 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə ondan 105 manat və 25 manat dövlət rüsumu tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-yə verilməsi qət edilmişdir. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Ona vaxt verilərsə o borcunu hissə-hissə ödəyə bilər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs icra vərəqələri üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 07 may 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-384/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-384/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver