Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-388/2024 13.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1989-cü il tarixdə Cəlilabad rayonu, Əliqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Təzəkənd kənd sakini X2 müraciəti əsasında əməliyyat-istintaq qrupu ilə ünvana getmişlər, Könülün əri ünvansız nalayiq ifadələr işlədərərk ucadan söyüş söyərək ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Cəlilabad rayonu, Təzəkənd kəndində yaşayan X5 ilə əvvəllər bir necə il birkildə yaşadığlar üçün onun anası rəhmətə getməsinin xəbərini eşidərək yas mərasimində iştrak edə bilmədiyi üçün başsağlığı vermək üçün xx.xx.2024-cü il tarixdə, axşam saat 22:00 radələrində sərxoş vəziyyətdə Könülün yaşadığı evə getmiş, Könüllə aralarında mübahisə olmuş, sonra ora polis əməkdaşları gəlmiş və polis əməkdaşları onu RPŞ-yə aparmalarına etraz etmişdir. Əməlindən səmimi peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Təzəkənd kənd sakini X2 müraciəti əsasında əməliyyat-istintaq qrupu ilə ünvana getmişlər, Könülün əri hay-küy salaraq ünvansız nalayiq ifadələr işlədərərk ucadan söyüş söyərək ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar da onu Cəlilabad RPŞyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Təzəkənd kənd sakini X2 müraciəti əsasında əməliyyat-istintaq qrupu ilə birlikdə ünvana getmişlər, Könülün əri hay-küy salaraq ünvansız nalayiq ifadələr işlədərərk ucadan söyüş söyərək ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və onu Cəlilabad RPŞ-yə gətirmişlər. İşdə olan xx.xx.2024-cü il tarixli 114 nömrəli sərxoşluq vəziyyətinin yoxlanılması barədə tibbi müayinə aktından görunur ki, X1 1.2 % sərxoşluq müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 23:55-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-388/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-388/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver