Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-39/2023 24.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə Şəxs – xx xxxx 1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad şəhəri M.F.Axundov küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində Uzuntəpə kəndi istiqamətində idarə etdiyi “BMW-5251” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayaraq eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21074 markalı **-HT- *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə Vaz 21074 markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almış və avtomobillərə ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8 maddəsində nəzərdə tutulan inzibati xətanı, yəni inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus “BMW-5251” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri, H.Əliyev prospektində Uzuntəpə kəndi istiqamətində hərəkət edərkən eyni istiqamətdə hərəkətdə olan Vaz 21074 markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil küçəyə dönmək istəyən zaman onun idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin arxa hissəsinə dəymiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində qarşı tərəfin avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən hesablanmış və ödəniləcəkdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 da ondan heç bir şikayət və tələbi yoxdur.Əməlindən peşmandır və gələcəkdə də belə səhvlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus “VAZ 21074” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri, H.Əliyev prospektində Uzuntəpə kəndi istiqamətində hərəkət olan zaman yolun sol istiqamətinə- F.Niftullayev küçəsinə dönmək istəmiş, bu vaxt arxadan gələn BMW markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsindən vurmuş, nəticəsidə avtomobili yolun sol kənarında olan səkiyə dəydikdən sonra dayanmış, avtomobilin arxa hissəsi əzilmişdir. Onun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda bibisi oğlu Zərərçəkmiş şəxs2 əyləşmiş, avtomobildə başqa heç kəs olmamışdır. Hadisə zamanı onlar gözlə görünən heç bir xəsarət almamışlar. Hadisədən bir neçə saat sonra bibisi oğlu Mirəlinin sağ əli ağrımağa başlamış, şikayət etmək istəmədikləri üçün bu barədə polisə məlumat verməmişlər. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Cəlilabad RMX-ya əlinin ağrıması ilə bağlı müraciət emişdir. Həmçinin hadisə zamanı ona dəyən zərər tam ödənilməmişdir. Sığorta tərəfindən onun maşınına hesablanan ziyanla razı deyil. Ona görə də həmin ziyanla bağlı mülki qaydada məhkəməyə ayrıca müraciət edəcəkdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 2107 markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yaşadığı ünvana gedən zaman Cəlilabad şəhəri, H.Əliyev prospektində F.Niftullayev küçəsinə dönərkən arxadan gələn BMW markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil onların olduğu avtomobili arxadan vurmuş, nəticədə avtomobil yolun kənarındakı səkiyə dəydikdən sonra dayanmışdır. Sonra onlar avtomobildən yerə düşmüş və onlarda gözlə görünən xəsarətin olmadığını müəyyən etmişlər. Sonradan polis əməkdaşları hadisə yerinə gələrək hadisəni sənədləşdirmişlər. Həmin gün bir neçə saatdan sonra onun sağ bilək nahiyəsində ağrıların olmasına bamayaraq o, tibb müəssisəsinə müraciət etməmiş, sonradan ağrıları artdığı üçün xx.xx.2022-ci il tarixdə Cəlilabad RMX-ya müraciət etmiş, orada onun sağ bilək nahiyəsinə baxaraq əzilməsi aşkar edilmişdir. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 29 dekabr 2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs2 xəsarət alması barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X1 Cəlilabad rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli 1130 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sağ mil-bilək oynaq nahiyəsində şişkinlik hematoma və hərəkət məhdudluğu müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər.Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərinin izahatı, İXP ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Elan olunmuş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-39/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-39/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver