Məhkəmə qərarları › İş №3(073)-390/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-390/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-390/2025 10.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, X1, İnzibati xəta törətmiş şəxs Şəxs Həzrərxan oğlunun, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 iştirakı ilə, Şəxs Həzrərxan oğlu – xx.xx.1973-cı ildə Cəlilabad rayonu, Fətullaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Fətullaqışlaq kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs Həzrərxan oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. 10 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Həzrərxan oğlundan Cəlilabad Rayon Məhkəməsinin 06 mart 2014-ci il tarixli, 2(073)-482/2014 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1327/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 428,95 manat məbləğindən pul və 30 manat dövlət rüsumu X8 və Bərpası Müəsissəsinin hesabına, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 277/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 906.36 manat məbləğindən pul və 30 manat dövlət rüsumu, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1992/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 141.91 manat məbləğindən pul X8 və Bərpası Müəsissəsinin hesabına hesabına ödənilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 izahatında göstərdi ki, borclu Şəxs Həzrərxan oğlundan Cəlilabad Rayon Məhkəməsinin 06 mart 2014-ci il tarixli, 2(073)-482/2014 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 1327/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 428,95 manat məbləğindən pul və 30 manat dövlət rüsumu X8 və Bərpası Müəsissəsinin hesabına, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 277/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 906.36 manat məbləğindən pul və 30 manat dövlət rüsumu, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1992/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 141.91 manat məbləğindən pul X8 və Bərpası Müəsissəsinin hesabına hesabına ödənilməsi qət edilmişdir. Borclu Şəxs Həzrərxan oğluna dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək borclarını ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs Həzrərxan oğlunun hal-hazırda heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs Həzrərxan oğluna inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Həzrərxan oğlu izahatında göstərdi ki, ondan Cəlilabad Rayon Məhkəməsinin 06 mart 2014-ci il tarixli, 2(073)- 482/2014 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1327/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 428,95 manat məbləğindən pul və 30 manat dövlət rüsumu X8 və Bərpası Müəsissəsinin hesabına, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-277/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 906.36 manat məbləğindən pul və 30 manat dövlət rüsumu, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1992/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Həzrərxan oğlundan dəymiş zərərin əvəzi qismində 141.91 manat məbləğindən pul X8 və Bərpası Müəsissəsinin hesabına hesabına ödənilməsi qət edilmişdir. Onun hal-hazırda həmin borcundan ödəniş etməyə imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin, və tələbkarın izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Həzrərxan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs Həzrərxan oğlundan məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs Həzrərxan oğlu borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X4 eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddsi ilə 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 10 aprel 2025-ci il tarixdən, saat 16:25-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar