Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-391/2025 10.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Əliqasımlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon İcra və X4 Vəfa Fəyyaz qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Həmidova X8 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1317/2024 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1317/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs dəymiş zərərə görə 7150 (yeddi min yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92 (doxsan iki) manat alınıb iddiaçı X3 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədi üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə hazırki borcu yaranmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan dəymiş zərərə görə 7150 (yeddi min yüz əlli) manat və ödənilmiş dövlət rüsumun əvəzi qismində 92 (doxsan iki) manat alınıb X3 verilməlidir. Barəsində olan məhkəmə qərarını əsaslı hesab etmir və hesab edir ki, onun X3 heç bir borcu yoxdur. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X5 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1317/2024 saylı, 22 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs dəymiş zərərə görə 7150 (yeddi min yüz əlli) manat və ödənilmiş rüsumun əvəzi qismində 92 (doxsan iki) manat alınıb iddiaçı X3 verilməlidir. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2025ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1317/2024 saylı, 22 noyabr 2024-cü il tarixli icra vərəqəsi icraata qəbul edilmiş və Şəxs icra vərəqəsi üzrə borcun 10 gün müddətində könüllü olaraq icra edilməsi tələb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdən təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon icra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-391/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-391/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver