Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-392/2024 15.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun, Məhkəmə iclas katibi X1, İnzibati xəta törədən Şəxs iştrakı ilə, Şəxs – xx.xx.1992-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur.. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, barəsində Cəlilabad RPŞ-dəaparılan araşdırma ilə bağlı RPŞnin TB-də olduğu vaxt hec bir əsas olmadan ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamış və həmin vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etdərək onu sakitləşdirmişlər. Həmin gün səhər saatlarından spirtli içki qəbul etdiyindən etdiyi hərəkətlərin qüanunazid məsuliyyətini başa düşməmişdir. Əməlindən səmimi peşmandır. Birdə belə hallara yol verməyəcəkdir. Qeyd edilənlərə nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi . İşdə olan xx.xx.2024-cü il tarixli İN:118 nömrəli sərxoşluq vəziyyətinin yoxlanılması barədə tibbi müayinə aktından görunur ki, Şəxs 1.2 % orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzabit qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə, saat 17:35-də tutulmuşdur. Buna görə də Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilərək, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:35-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-392/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-392/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver