Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-393/2025 11.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.2000-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 11 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 10 aprel 2025-ci il tarixdə saaat 23:46 radələrində Cəlilabad şəhəri, M.Ə.Rəsülzadə küçəsində səs-küy salaraq ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə tabeh olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, 10 aprel 2025ci il tarixdə anası ilə yaşadığı evdə spirtli işki içdikdən sonra azyaşlı uşağlarını görmək üçün keçmiş əri Tural Qasımovun yaşadığı evə getmiş, keçmiş qaynanası Surə Qasımova ona uşaqlarını göstərməmiş və aralarında sözlü mübahisə yaranmış və getdikcə mübahisə şiddətlənərək əl-qol hərəkətlərinə keçmişlər. O, sərxoş olduğu üçün ayağı axmış və yıxılarkən alnı üstə yerə dəymiş və alın nahiyyəsində sıyrıq yaranmışdır. Hadisə yerinə polis əməkdaşları gəlmiş və onların gəlmələrinə baxmayaraq ucadan nalayiq ifadərlər işlətmiş və onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlarla Cəlilabad RPŞ-nə gəlməkdən imtina etsə də onu RPŞ-yə gətirmişlər. O, şöbənin inzibati binasında da öz hərələtlərini davam etdirmişdir. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad RPŞ-nin polis nəfəri işləyir. 10 aprel 2025-ci il tarixdə 23:46-da Cəlilabad şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan X1 AR DİN-nin 102 xidmət zəng mərkəzinə müraciət edərək, keçmiş gəlini Ülviyyə Quliyevə onun yaşadığı evə hücum etməsini bildirmişdir. Həmin müraciətlə bağlı RPŞ-nin əməliyat-istintaq qrupu şikayətçinin ünvanına gəlmişlər. Həmin ünvanda küçədə qarşılarına çıxan Şəxs heç bir səbəb olmadan uca səslə ünvansız nəlayiq ifadələ işlətməyə başlamışdır. O və əməliyyat-istintaq qrupunun digər üzləri Şəxs nizam-intizama dəvət etsələr də Ülviyyə Namazova öz hərəkətlərini qərəzli çəkildə davam etmiş, onların qanuni tələblərinə qəstdən tabe olmamışdır. Bundan sonra onlar Şəxs Cəlilabad RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad RPŞ-nin polis nəfəri işləyir. 10 aprel 2025-ci il tarixdə müraciətlə bağlı RPŞ-nin əməliyat-istintaq qrupu ilə birlikdə o da şikayətçinin ünvanına gəlmişlər. Həmin ünvanda küçədə qarşılarına çıxan Şəxs heç bir səbəb olmadan uca səslə ünvansız nəlayiq ifadələ işlətməyə başladı o və əməliyyat istintaq qrupunun digər üzləri Şəxs nizam-intizama dəvət etsələr də Şəxs öz hərəkətlərini qərəzli çəkildə davam etmiş, onların qanuni tələblərinə qəstdən tabe olmamışdır. Bundan sonra onlar Şəxs Cəlilabad RPŞ-yə gətirmişlər. Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-393/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-393/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver