Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-40/2024 18.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1996-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(073)-446/2022 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 2000 (iki min) manat pul və 70 manat dövlət rüsumunun tutularaq X2 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bildirərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Şaiq Heydərli inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(073)-446/2022 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 2000 (iki min) manat pul və 70 manat dövlət rüsumunun tutularaq X2 verilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra vərəqəsinin icra müddəti ərzində icrasını təmin etməmişdir. Şəxs hal-hazırda tələbkar Nicat Şahbazova olan borcundan 100 (bir yüz) manat ödəmiş və tələbkara 1970 (bir min doqquz yüz yetmiş) manat borcu qalmışdır. Qalan borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(073)-446/2022 saylı icra vərəqəsinə əsasən, borclu Şəxs 2000 (iki min) manat pul və 70 manat dövlət rüsumunun tutularaq ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs ona olan borcundan 100 (bir yüz) manat qaytarsa da, qalan 1970 (bir min doqquz yüz yetmiş) manat borcunu qaytarmamışdır. Odur ki, məhkəmədən borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(073)-446/2022 saylı icra sənədi üzrə 2000 (iki min) manat pul və 70 manat dövlət rüsumunun ondan tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Maddi imkanı olmadığı üçün indiyədək tələbkara olan borcundan 100 (bir yüz) manat ödəniş etmişdir. Hazırda işsizdir, səhhəti ilə bağlı heç bir yerdə işləyə bilmir. Lakin vaxt verilərsə, borcunu hissəhissə ödəyə bilər. Əməlindən peşmandır, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcək və məhkəmədən ona köməklik edilməsini xahiş edir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(073)-446/2022 saylı icra vərəqəsi, icra məmuru və zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Şəxs “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı” və Azərbaycan Respublikasının “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması və vətən müharibəsi iştirakçısı olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon icra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-40/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-40/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver