Məhkəmə qərarları › İş №3(073)-401/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-401/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-401/2024 31.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310087 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310086 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310085 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310084 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310082 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310081 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310080 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310078 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310066 nömrəli və 02 aprel 2024-cü il tarixli, EQ 20310060 nömrəli, 04 aprel 2024-cü il tarixli EQ 20368411 nömrəli və 05 aprel 2024-cü il tarixli, EQ 20375914 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310087 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310086 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310085 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310084 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310082 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310081 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310080 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310078 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310066 nömrəli və 02 aprel 2024-cü il tarixli, EQ 20310060 nömrəli, 04 aprel 2024-cü il tarixli EQ 20368411 nömrəli və 05 aprel 2024-cü il tarixli, EQ 20375914 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi X3 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin işçisidir və MMC-nin avtomobillərindən yük daşımaq üçün istifadə edir. Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 23 fevral 2024-cü il tarixli, EQ 19599338 nömrəli, 23 fevral 2024-cü il tarixli, EQ 19599336 nömrəli, 23 fevral 2024-cü il tarixli, EQ 19599335 nömrəli, 30 mart 2024-cü il tarixli, EQ 20249702 nömrəli, 01 aprel 2024-cü il tarixli, EQ 20290309 nömrəli və 02 aprel 2024-cü il tarixli, EQ 20312495 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarları ilə o, yükdaşıma qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib ayrı-ayrı vaxtlarda 40 manat olmaqla, ümumilikdə 480 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, DİN-nin BDYPİ-nin həmin qərarı ədalətli deyil və onun heç bir günahı olmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 100.1.8-ci maddəsində göstərilən tələblər, yəni inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Odur ki, barəsində Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş həmin qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi və qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310060 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 12:48-də Astara rayonu Pensər kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310066 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 10:25-də Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310078 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 10:49-da Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310080 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 09:28-də Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310081 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 16:01-də Astara rayonu Pensər kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310082 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 16:52-də Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310084 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 20:56-da Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310085 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 15:01-də Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310086 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 13:34-də Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310087 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 09:27-də Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli, EQ 20368411 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 22:45-də Astara rayonu Kijəbə 3 yolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli, EQ 20375914 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 TATRA yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 10:46-da Astara rayonu Telman kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yükdaşıma qaydalarının pozulması) törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarların ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmçinin İXM-nin 22.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və pozuntu anını əks etdirən fotoşəkillər qərarlara əlavə edilmişdir. Pozuntuların törədilməsi fotoşəkillərdə öz təsdiqini tapmışdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərarlar qanunidir, şikayət isə əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20310087 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310086 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310085 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310084 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310082 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310081 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310080 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310078 nömrəli, 02 aprel 2024-cü il tarixli, EQ 20310066 nömrəli və 02 aprel 2024-cü il tarixli, EQ 20310060 nömrəli, 04 aprel 2024-cü il tarixli EQ 20368411 nömrəli və 05 aprel 2024-cü il tarixli, EQ 20375914 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar