Məhkəmə qərarları › İş №3(073)-403/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-403/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-403/2023 20.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Cəlilabad rayonunun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şükürov X9 rayon məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(073)-3002/2017 saylı və xx.xx.2019-cu il tarixli, 2(073)-865/2019 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(073)- 305/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 12 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(073)-3002/2017 saylı icra vərəqəsinə əsasən 28 avqust 2017-ci ildən başlayaraq 09 dekabr 2007-ci ildə doğulmuş X4, 09 noyabr 2009-cu ildə doğulmuş X3 və 24 dekabr 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 85 (səksən beş) manat, cəmi 255 (iki yüz əlli beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməlidir. Bundan başqa Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-865/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs ümumi dəyəri 3500 manat dəyərində 583 əyarlı komplekt (boyunbağı, qolbağı, 1 cüt sırğa və 1 ədəd üzük) və 600 manat dəyərində 583 əyarlı çəkisi 8 qram olan 1 ədəd nişan üzüyü, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri 4100 (dörd min bir yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X7 verilməlidir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Nəticədə borclunun Cəlilabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-3002/2017 saylı icra sənədi üzrə 16640 manat və Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-865/2019 saylı icra sənədi üzrə 4100 manat borcu qalmaqdadır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-3002/2017 saylı icra vərəqəsinə əsasən 28 avqust 2017-ci ildən başlayaraq 09 dekabr 2007-ci ildə doğulmuş X4, 09 noyabr 2009-cu ildə doğulmuş X3 və 24 dekabr 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşağa görə 85 (səksən beş) manat, cəmi 255 (iki yüz əlli beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməlidir. Bundan başqa Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-865/2019 saylı icra vərəqəsinə əsasən ondan ümumi dəyəri 3500 manat dəyərində 583 əyarlı komplekt (boyunbağı, qolbağı, 1 cüt sırğa və 1 ədəd üzük) və 600 manat dəyərində 583 əyarlı çəkisi 8 qram olan 1 ədəd nişan üzüyü, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri 4100 (dörd min bir yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X7 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığından icra sənədlərini icra etməsi mümkün olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən, saat 12:10-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar