Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-403/2025 14.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xudaşükür oğlunun iştirakları ilə xx.xx.1992-ci ildə Cəlilabad rayonunun Mədətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Mədətli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Xudaşükür oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Xudaşükür oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Babayev X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-140/2025 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-140/2025 saylı icra vərəqəsinə əsasən 09 sentyabr 2024-cü ildən başlayaraq yetkinlik yaşına çatmayan 04 oktyabr 2016-cı il təvəllüdlü X4 və 30 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcu icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Hazırda borclunun tələbkara 2218 manat aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xudaşükür oğlu ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 140/2025 saylı icra vərəqəsinə əsasən 09 sentyabr 2024-cü ildən başlayaraq yetkinlik yaşına çatmayan 04 oktyabr 2016-cı il təvəllüdlü X4 və 30 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədindən xx.xx.2025-ci ildə məlumatlı olmuşdur, bu barədə icra şöbəsində verdiyi izahatında da bildirmişdir. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində uzun müddət müalicə almışdır, iş qabiliyyətsiz olmuşdur. Hazırda yaranmış borcunu qısa müddət ərzində ödəyəcək. Bununla belə, barəsində inzibati xəta haqqında protkol tərtib edildikdən sonra icra sənədi üzrə aliment borcundan xx.xx.2025-ci il tarixdə 1000 (bir min) manat ödəniş edə bilmişdir. Tələbkarla öz aralarında razılığa gəlmişlər. Qalan borcunu isə qısa müddət ərzində ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 140/2025 saylı icra vərəqəsinə əsasən 09 sentyabr 2024-cü ildən başlayaraq yetkinlik yaşına çatmayan 04 oktyabr 2016-cı il təvəllüdlü X4 və 30 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2025-ci il tarixdə borclu tərəfindən icra sənədi üzrə 1000 (bir min) manat pul ödənilmiş, həmin məbləği qəbul etmişdir. Borclu ilə aralarında qalıq borc ilə bağlı razılığa gəlmişlər. Qeyd edilənlərin nəzərə alınaraq inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Xudaşükür oğlunun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-140/2025 saylı icra vərəqəsinə əsasən 09 sentyabr 2024-cü ildən başlayaraq yetkinlik yaşına çatmayan 04 oktyabr 2016-cı il təvəllüdlü X4 və 30 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, borclu 14 aprel 2025-ci il tarixdə icra sənədi üzrə aliment borcundan 1000 (bir min) manat ödəmiş və qalıq borcla bağlı borclu ilə aralarında razılığa gəldiklərini göstərmişdir. İşdə olan borclu Şəxs icra şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli yazılı izahatından görünür ki, şəxs həmin tarixdə icra sənədini almış və həmin tairxdə icra sənədindən məlumatlı olmuşdur. Göründüyü kimi, borclu Şəxs Xudaşükür oğlunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, icra sənədindən borclunun həqiqətən də xx.xx.2025-ci ildən daha əvvəl məlumatlı olması barədə hər hansı poçt qeydi və ya xəbərnamə yer almır, həmçinin iş məhkəmənin icraatında olduğu müddətdə borcundan 1000 (bir min) manat ödəniş etmişdir, yəni şəxsin icra sənədindən yayınması halı yoxdur. Həmçinin tələbkarın da verdiyi izahatla və yazılı ərizə ilə müəyyən edilmişdir ki, borcla bağlı aralarında razılıq əldə edilmişdir, borcludan hər hansı şikayəti və ya tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Xudaşükür oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir, yəni onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 14 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs Xudaşükür oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-403/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-403/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver