Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-404/2024 16.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1974-cü ildə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü ildə, saat 23:00-da «Vaz 2107» markalı avtomobili işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş, sərxoş vəziyyətdə etibarnamə və idarə etmək hüququ olmadan idarə etmişdir. Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü ildə, saat 23:00-da «Vaz 2107» markalı avtomobili sərxoş vəziyyətdə etibarnamə və idarə etmək hüququ olmadan idarə etdiyinə görə Cəlilabad rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İşdə olan 15 may 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 121 saylı aktdan görünür ki, müayinə zamanı Şəxs 1.2% orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 15 may 2024-cü il tarixdən, saat 23:00-dan hesablansın. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-404/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-404/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver