Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-404/2025 20.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 24 mart 2025-ci il tarixli, EQ 26882983 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 24 mart 2025-ci il tarixli, EQ 26882983 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsinində göstərmişdir ki, mülkiyyətində olan “X5-Prado Minik” markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobili ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbi pozulduğu üçün barəsində 24 mart 2022-ci il tarixdə EQ 26882983 saylı qərar tərtib olunaraq 100 manat cərimə olunmuşdur. 24 mart 2025-ci il tarixdə idarə etdiyi “X5-Prado Minik” markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən müşahidə qamers tərəfindən işıqforun qadağanedici işarəsi verilərkən onun hərəkətinin davam etdirməsi göstərilərək barəsində inzibati qərar qəbul edilmiş və həmin qərar əsasında 100 manat cərimə olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 24 mart 2025-ci il tarixli, EQ 26882983 saylı inzibati xəta haqqında qərarı ədalətli olmamış və günahsız olduğu halda onun təqsirli sayılmağı İXM-nin müddəalarına zidd olmuşdur. Ona görə də hazırki qərardan şikayət vermək mqərarına gəlmiş və Məhkəmədən 24 mart 2022-ci il tarixdə EQ 26882983 saylı qərarın ləgv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstutisyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İnzibati Xətalar Məcəlləsinin 8.2ci maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassızdır. Ona görə ki, elektron qərar hüquq və vəzifələri pozulmaqla qəbul edilmişdir. Qeyd olunana əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 24 mart 2025-ci il tarixli, EQ 26882983 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 24 mart 2025-ci il tarixli, EQ 26882983 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 24 mart 2025-ci il tarixdə saat 20:19:37-də X4 idarə etdiyi “X5-Prado Minik” markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobili Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul olunmuş 24 mart 2025-ci il tarixli qərarla X4 inzibati məsuliyyətə cəlb edilərək 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto materialla “X5-Prado Minik” markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobilini “X5-Prado Minik” markalı, **- GO-*** dövlət nömrə nişanlı avtomobili Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməsi görünür və pozuntu barədə 24 mart 2025-ci il tarixli protokol real vaxt rejimində mərkəzi informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X2 barəsində 24 mart 2025-ci il tarixli, EQ 26882983 saylı protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 24 mart 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X2 barəsində 24 mart 2025-ci il tarixli, EQ 26882983 saylı protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 24 mart 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-404/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-404/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver