Məhkəmə qərarları › İş №3(073)-405/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-405/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-405/2024 16.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx xxxx 1980-cı il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı, xx.xx.2023-ci il tarixli, 2(073)-898/2023 saylı, xx.xx.2023-ci il tarixli, 2(073)-1457/2023 saylı, xx.xx.2023-ci il tarixli, 2(073)-1728/2023 saylı icra vərəqələri, Cəlilabad rayon 1 saylı Notariat Kontorunun xx.xx.2023-cü il tarixli, 8i-5177 saylı və xx.xx.2023-cü il tarixli, 8i- 13063 saylı icra sənədlərinə əsasən borclu Şəxs tələbkarlara 23235,84 (iyirmi üç min iki yüz otuz beş manat, səksən dörd qəpik) manat borcu yaranmışdır. Borclu Şəxs qeyd olunan icra sənədlərini icra müddəti ərzində icrasını tam təmin etməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Mahir Əskərov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Əskərov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı, xx.xx.2023-ci il tarixli, 2(073)-898/2023 saylı, xx.xx.2023-ci il tarixli, 2(073)-1457/2023 saylı, xx.xx.2023-ci il tarixli, 2(073)-1728/2023 saylı icra vərəqələrinin, Cəlilabad rayon 1 saylı Notariat Kontorunun xx.xx.2023-cü il tarixli, 8i-5177 saylı və xx.xx.2023-cü il tarixli, 8i-13063 saylı icra sənədlərinin icra müddəti ərzində icralarını təmin etməmiş və mütəmadi olaraq borcunu ödəməmişdir. Şəxs bu günə qədər icra sənədləri üzrə yaranmış ümumi borcu cəmi 23235.84 manatdır. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun icra sənədləri üzrə 23235,84 (iyirmi üç min iki yüz otuz beş manat, səksən dörd qəpik) manat ümumi borcu vardır. Heç bir yerdə işləmir və maddi imkanı olmadığı üçün həmin borcunu ödəyə bilməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona köməklik edilərək, yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Cəlilabad rayon icra və probasiya şöbəsinin 30 yanvar 2024cü il tarixli “Borclunun axtarılması haqqında” qərarından görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. İş materiallarında olan 16 may 2024-cü il tarixli “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı icra vərəqəsi, xx.xx.2023-ci il tarixli, 2(073)- 898/2023 saylı icra vərəqəsi, xx.xx.2023-ci il tarixli, 2(073)-1457/2023 saylı icra vərəqəsi, xx.xx.2023-ci il tarixli, 2(073)-1728/2023 saylı icra vərəqəsi, Cəlilabad rayon 1 saylı Notariat Kontorunun xx.xx.2023-cü il tarixli, 8i-5177 saylı və xx.xx.2023-cü il tarixli, 8i- 13063 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı icra vərəqəsi, xx.xx.2023-ci il tarixli, 2(073)-898/2023 saylı icra vərəqəsi, xx.xx.2023-ci il tarixli, 2(073)-1457/2023 saylı icra vərəqəsi, xx.xx.2023-ci il tarixli, 2(073)-1728/2023 saylı icra vərəqəsi, Cəlilabad rayon 1 saylı Notariat Kontorunun xx.xx.2023-cü il tarixli, 8i-5177 saylı və xx.xx.2023-cü il tarixli, 8i-13063 saylı icra sənədləri, icra məmuru Mahir Əskərovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 may 2024-cü il tarixdən, saat 18:45-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar