Məhkəmə qərarları › İş №3(073)-406/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-406/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-406/2024 17.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokollara görə Zərərçəkmiş şəxs sosial işə düzəlmək üçün xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində Şəxs 300 manat pul vermişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs Kommunal Təsərrüfatı idarəsində işə düzəldəcəyi adı ilə ondan 300 manat pul almış, lakin Maqsud Ağayev sənədləri toplaya bilməmiş, o isə aldığı 300 manat pulu öz maddi təlabatına xərcləmişdir. Hazırda o 300 manat pulu Zərərçəkmiş şəxs ödəmişdir. Əməlindən səmimi peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində Sənan Güələliyev ilə görüşən zaman ona Kommunal Təsərrüfatı idarəsində işə düzəlməyinə köməklik edə biləcəyini dedikdən sonra bunun müqabilində 300 manat pul verəcəyi ilə razılaşmış, amma pulu verməsinə baxmayaraq vədinə əməl etməmişdir. Hazırda Şəxs ona dəymiş ziyanı tam ödəmiş, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolları və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd olunması haqqında 08 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və əməlindən səmimi peşman olması məsuliyyətini onun yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakını talamaqla inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, ailə vəziyyətini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28, 30, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödədiyi və barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar