Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-41/2024 18.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1989-ci ildə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq... Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1675/2023 saylı icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X4 verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X9 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1675/2023 saylı icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanın zəif olduğunu bildirərək borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ona istinad olunan izibati xətani törətməsini qismən etraf edərək verdiyi izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1675/2023 saylı icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Hal-hazırda həmin borcu ödəməyə imkanı yoxdur. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1675/2023 saylı icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmış və dəfələrlə icra şöbəsi tərəfindən borcun ödənilməsi tələb olunsa da, o, dəfələrlə icra məmurunu və onu aldatmış, borcunu ödəməkdən qəsdən yayınmışdır. Ona görə də Şəxs qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələkbarın izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunmuş borclu Şəxs borclu olduğu məbləğləri ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 18 yanvar 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-41/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-41/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver