Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-411/2024 31.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Şəxs – 01 yanvar 1973-cü il tarixdə Cəlilabad rayonu Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayon Günəşli kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad rayon Kövüzbulaq kənd sakini Şəxs mülki silah hesab edilən 1 ədəd İJ-58 markalı, yivsiz, 16 kalibrli, nömrəsiz, qoşalülə ov tüfəngini sənədsiz şəkildə Cəlilabad rayonunun Günəşli kəndi ərazisində fərdi yaşayış evində saxlamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs törətmiş olduğu inzibati xəta 16 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan silah müsadirə edilməklə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut – Şəxs aşkar olunaraq götürülmüş 1 ədəd İJ-58 markalı, yivsiz, 16 kalibrli, nömrəsiz, qoşalülə ov tüfəngi Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Silah Anbarına təhvil verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Resublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 1 ədəd İJ- 58 markalı, yivsiz, 16 kalibrli, nömrəsiz, qoşalülə ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Maddi sübut – Cəlilabad rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd İJ-58 markalı, yivsiz, 16 kalibrli, nömrəsiz, qoşalülə ov tüfəngi Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Silah Anbarına təhvil verilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-411/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-411/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver